...

Nurgün Motors-dan sərfəli kreditləşdirmə şərtləri

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Fevral 2014 11:18 (UTC +04:00)
Nurgün Motors Azərbaycanda Nissan, İnfiniti, Ford və Renault avtomobillərinin satışını kredit şərtləri ilə davam etdirir.
Nurgün Motors-dan sərfəli kreditləşdirmə şərtləri

Azərbaycan, Bakı, 21 fevral /Trend/

Nurgün Motors Azərbaycanda Nissan, İnfiniti, Ford və Renault avtomobillərinin satışını kredit şərtləri ilə davam etdirir.

Daim müştəri məmnuniyyətini önə çəkən, avtomobil bazarında artıq müştərilərin etimadını qazanan bir distribütor olaraq Nurgün Motors yeni kredit şərtləri ilə avtomobil sahibi olmaq istəyənləri sevindirməkdə davam edir.

İndi bütün "Nissan", "İnfiniti" "Ford" və "Renault" modellərini cəmi 20% ilkin ödəniş etməklə, 1 ildən 5 ilə qədər müddətə lizinq yolu ilə əldə etmək olar. İllik faiz 16%-dən başlayaraq müştərilərə təqdim edilir.

Həmçinin avtomobillərin yeni şərtlərlə bank krediti əsasında satışı da davam etdirilir.

"NURGÜN Motors" MMC şirkəti Nissan, İnfiniti, Ford və Renault markalı avtomobillərinin satışı, zəmanəti və servis xidmətləri, ehtiyat hissələrinin pərakəndə və sifarişlə satılması ilə məşğul olur. "Nurgün Motors" 2007-ci ildən beynəlxalq keyfiyyət standartı İSO 9001:2008 sertifikatını əldə etmişdir və bütün fəaliyyətini bu standartın tələbləri əsasında həyata keçirir. Bütün salonların yerləşdiyi ərazilərdə eyni zamanda dünya standartlarına cavab verən ən son texnologiya və avadanlıqlarla təchiz olunan servis mərkəzləri istifadəyə verilmişdir.

Əlaqə nömrəsi: (012) 934

Məqalədə:
Xəbər lenti

Xəbər lenti