...

"PAŞA Bank" kiçik biznesə xidmət göstərən ikinci Biznes Mərkəzi açdı

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Fevral 2014 16:00 (UTC +04:00)
Fevralın 24-də Bakıda "PAŞA Bank"ın yeni Biznes Mərkəzi açılıb. Bankdan Trend-ə verilən məlumata görə, mərkəzin fəaliyyəti kiçik biznes nümayəndələri ilə işə yönəldilib.
"PAŞA Bank" kiçik biznesə xidmət göstərən ikinci Biznes Mərkəzi açdı

Azərbaycan, Bakı, 24 fevral /Trend/

Fevralın 24-də Bakıda "PAŞA Bank"ın yeni Biznes Mərkəzi açılıb. Bankdan Trend-ə verilən məlumata görə, mərkəzin fəaliyyəti kiçik biznes nümayəndələri ilə işə yönəldilib.

"PAŞA Bank"ın yeni bölmələrində biznes-bankinqin fərqləndirici xüsusiyyəti təkcə sərfəli şərtlərlə, minimum tələb olunan sənədlər paketi əsasında və onların baxılmasına minimum vaxt sərf etməklə geniş spektrli maliyyə məhsullarının təqdim edilməsindən ibarət olmayacaq. Bununla bərabər, kiçik biznes nümayəndələrinə iri korporativ müştərilərə göstərdiyi səviyyədə yüksək xidmət və fərdi yanaşma təqdim olunacaq.

İlin sonuna qədər PAŞA Bank Bakıda daha 3 yeni Biznes Mərkəzi açmağı planlaşdırır.

Bankın yeni Biznes Mərkəzi Nərimanov rayonu, Maqsud Əlizadə küç., 114 ünvanında yerləşir ("Gənclik" metrostansiyasının yaxınlığında).

"PAŞA Bank" Azərbaycanın aparıcı korporativ bankıdır. 2007-ci ildə təsis olunmuş bank geniş spektrli korporativ bank xidmətlərini göstərir, eləcə də kreditlərin verilməsi, qiymətli kağızlar bazarında əməliyyatlar, aktivlərin idarə olunması və xəzinədarlıq xidmətləri. Baş ofis və dörd filial ilə təmsil olunan "PAŞA Bank"da 221 əməkdaş çalışır. "Europe Banking Awards 2011" və "Europe Banking Awards 2012" çərçivəsində bank "Azərbaycanın ən yaxşı İnvestisiya Bankı" elan olunub, 2013-cü ildə isə "World Finance" tərəfindən "Best Private Bank in Azerbaijan" adına layiq görülüb.

"PAŞA Bank" Azərbaycanın iri investisiya holdinqi olan və sığorta, inşaat, inşaat materiallarının istehsalı, turizm, eləcə də biznesin digər sahələrində geniş təmsil olunan PAŞA Şirkətlər Qrupunun bir hissəsidir. Azərbaycanın pərakəndə bankçılıq bazarının iri banklarından biri olan Kapital Bank da PAŞA Şirkətlər Qrupuna aiddir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti