...

İran rəsmisi: Çin-İran-Türkiyə-Bolqarıstan dəmiryolunun inkişafı üzrə işlər davam etdirilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Fevral 2014 17:56 (UTC +04:00)
Beynəlxalq Cənub dəmiryolu dəhlizinin təkmilləşdirilməsi üçün İran öz ərazisində proqramlar həyata keçirir və bu istiqamətdə işlər davam etdirilir.

Azərbaycan, Bakı, 26 fevral /Trend, müxbir T.Cəfərov/

Beynəlxalq Cənub dəmiryolu dəhlizinin təkmilləşdirilməsi üçün İran öz ərazisində proqramlar həyata keçirir və bu istiqamətdə işlər davam etdirilir. Trend-in İran Televiziyasının rəsmi xəbər saytı Iribnews-a istinadən verdiyi məlumata görə, bunu İranın Dəmiryol İdarəsinin direktoru Möhsün Purseyid Ağayi bu gün Tehranda jurnalistlərə deyib.

M.P.Ağayi bildirib ki, Cənub dəhlizi Çindən başlayır, Myanma, Hindistan, Banqladeş, Pakistan, İran, Türkiyə və Bolqarıstan ərazisindən keçməklə Avropa ölkələrinə birləşir.

Onun sözlərinə görə, İran Cənub dəmiryolu dəhlizini inkişaf etdirmək məqsədi ilə artıq 2009-cu ildə ölkə daxilində Kirman, Bam və Zahidan şəhərlərində dəmiryol xətti çəkib və ölkənin dəmiryolunu Pakistanın dəmiryoluna birləşdirib.

O, əlavə edib ki, hazırda digər hazırlıq işləri də davam etdirilir.

M.P.Ağayi bu dəmiryolla bağlı ətraflı məlumat verməyib.

Qeyd edək ki, 2012-ci ilin iyul ayından etibarən İran, Türkiyə və Pakistan arasında dəmiryol vasitəsilə yükdaşımalar həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti