...

"PAŞA Həyat"ın rəhbər heyəti Moskvada keçirilən beynəlxalq forumda iştirak edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Fevral 2014 18:11 (UTC +04:00)
Azərbaycanın “PAŞA Həyat Sığorta” ASC-nin rəhbər heyəti Moskvada (Rusiya) keçirilmiş “IV Beynəlxalq Rusiya Sığorta Forumu”nda iştirak edib.
"PAŞA Həyat"ın rəhbər heyəti Moskvada keçirilən beynəlxalq forumda iştirak edib

Azərbaycan, Bakı, 27 fevral /Trend/

Azərbaycanın "PAŞA Həyat Sığorta" ASC-nin rəhbər heyəti Moskvada (Rusiya) keçirilmiş "IV Beynəlxalq Rusiya Sığorta Forumu"nda iştirak edib.

Şirkətin İctimaiyyətlə Əlaqələr Xidmətində Trend-ə verilən məlumata görə, beynəlxalq forumda "PAŞA Həyat Sığorta" ASC-ni İdarə Heyətinin üzvləri sığorta və təkrarsığorta menecerləri təmsil edib.

Tədbirdə dünya və regional sığorta bazarlarının ümumi vəziyyəti, dövlət və bankların sığorta sektorunda rolu, risklərin idarə edilməsi ilə yanaşı şirkətlərin əməliyyat effektivliyini artıran texnoloji həllər və yeni biznes imkanları sahəsində faydalı müzakirələr aparılıb.

Müxtəlif ölklərin bank və sığorta şirkətlərini, həmçinin dövlət sektorunu təmsil edən nümayəndələrin iştirak etdiyi konfransda 40-dan artıq məruzəçi aktual mövzularda maraqlı çıxışlar edib.

"PAŞA Holding" şirkətlər qrupunun ən gənc və uğurlu üzvlərindən biri olan "PAŞA Həyat Sığorta" ASC 2011-ci ilin fevral ayının 14-dən fəaliyyət göstərir. Hazırda şirkət müştərilərə istehsalatda bədbəxt hadisələrdən icbari sığorta növündən başqa, həyatın müddətli sığortası, yığım tərkibli yaşam sığortası, sağalmaz xəstəliklərdən sığorta və digər könüllü həyat sığortası məhsulları da təklif edir. Cari ilin fevral ayının 1-nə şirkətin nizamnamə kapitalı 25,200 mln. manat təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti