...

Albalıdan bahar ətirli hədiyyələr

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Mart 2014 18:49 (UTC +04:00)
"Unibank"dan Albalı kart sahiblərinə bahar hədiyyələri davam etməkdədir.
Albalıdan bahar ətirli hədiyyələr

Azərbaycan, Bakı, 12 mart/Trend/

"Unibank"dan Albalı kart sahiblərinə bahar hədiyyələri davam etməkdədir.

"Unibank" ASC-dən çərşənbə günü Trend-ə verilən məlumata görə, martın 31-dək Albalı kart istifadəçiləri İntegral plus və Samsung Store-dan istənilən Samsung məhsulunu öz qiymətinə əldə edərək, 12 aya faizsiz ödəmək imkanı qazanacaqlar.

Hər gün minlərlə vətəndaş, ölkənin 1000-dən artıq mağaza, supermarket və ticarət mərkəzlərində Albalı kartla alış-veriş edərək, məhsul və xidmətlərin qiymətini aylar üzrə, hissə-hissə ödəmək imkanı qazanır. Albalı kartını bankın istənilən filialından pulsuz almaq olar.

Albalı kart sahiblərinin öz virtual şəxsi kabinetləri də var. (https://onlineservices.unibank.az/AlbaliInfo/index.jsp)

"Unibank" Albalı istifadəçiləri üçün "Facebook" üzərindən unikal və ekskluziv platforma yaradıb. Hər gün yüzlərlə Albalı istifadəçisi Qoşul! Fərqlən! Faydalan! eksklüziv platformasına qoşularaq, yığdıqları balları möhtəşəm hədiyyələrə çevirə bilirlər. http://goo.gl/tYSd87

Albalı kartı ilə baglı bütün məlumatları www.albali.az internet saytından, "Unibank"ın facebook səhifəsindən https://www.facebook.com/albalikart və ya 117
nömrəsindən öyrənmək mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti