...

"Amrahbank"ın 2013-cü ilin yekunlarına həsr olunmuş korporativ tədbiri keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Aprel 2014 16:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 aprel /Trend/

6 aprel 2014-cü il tarixdə Bakı Əyləncə Mərkəzində "Amrahbank" ASC-nin bütün kollektivinin iştirakı ilə 2013-cü ilin yekunlarına həsr olunmuş ənənəvi korporativ tədbir keçirildi.

Tədbiri idarə edən tanınmış aparıcı İlkin Həsənli ilk sözü bankın İdarə Heyətinin sədri vəzifəsini icra edən Emil Həsənova verdi.

Onun sözlərinə görə, 2013-cü ildə "Amrahbank" ölkənin iqtisadi modelinə, onun inkişaf templərinə uyğunlaşaraq ölkənin bank sektorunda daha da möhkəmlənmiş, institusional inkişafa nail olmuş, bir çox uğurlara imza atmışdır. Sevindirici haldır ki, 2013-cü ildə Amrahbank "Bakı HR komandası" tədbiri çərçivəsində xarici ekspertlər qrupu tərəfindən "İlin HR komandası" müsabiqəsinin qalibi seçildi. Amrahbank, ilk növbədə, müştərilərinin tələblərindən çıxış edərək çevik siyasət yeritmiş, onların tələbatını qarşılayaraq bazara yeni məhsullar çıxartmışdır. E.Həsənov xüsusilə vurğuladı ki, "Amrahbank"ın uğurlarının əsasında məhz bankın əsas kapitalı olan insan resursları dayanır. Bankın qarşısında duran strateji hədəflərin həyata keçirilməsi üçün toplanan peşəkar komanda onu həmişə irəli və yeni-yeni uğurlara aparır.

E.Həsənov öz çıxışının sonunda bankın fəaliyyətində əməyi olan hər bir əməkdaşa, onu dəstəkləyən strateji tərəfdaşlara, bankın inkişafı yolunda onunla birgə addımlayan müştərilərə öz minnətdarlığını bildirdi.

Tədbirdə bankdaxili keçirilmiş sorğunun nəticələrinə əsasən bankın 18 əməkdaşı 18 nominasiya üzrə, o cümlədən bank üzrə ilin ən yaxşı işçisi, ən yaxşı filial direktoru, ilin ən yaxşı filialı və s. parametrlər üzrə fəxri diplomlarla mükafatlandırıldılar, fərqlənənlərə müxtəlif növ hədiyyələr, o cümlədən mobil telefonlar, hədiyyə kuponları və s. verildi.

Sonda bankın seçmə əməkdaşları arasında əyləncəli-intellektual yarışma keçirildi, qalib Turkiyənin İstanbul şəhərinə səyahət qazandı.

1993-cü ildə təsis edilmiş Amrahbank Azərbaycanın ilk və aparıcı banklarından biridir. Amrahbank həm fərdi, həm də korporativ müştərilərə bütün bank xidmət və məhsullarını, o cümlədən cari və depozit hesabları, hesablaşma-kassa və plastik kartlarla əməliyyatlar, yerli və beynəlxalq pul köçürmələri, istehlak və biznes kreditləri, sənədli əməliyyatlar, ticarətin maliyyələşdirilməsi və digər bank xidmətlərini təqdim edir.

Hazırda "Amrahbank"ın məcmu kapitalı 52 mln. manat təşkil edir. Bəhreyn Krallığında fəaliyyət göstərən Beynəlxalq İnvestisiya Bankı 2008-ci ildən"Amrahbank"ın strateji səhmdarıdır. Hazırda bankın baş ofisi, 20 filialı və 2 şöbəsi fəaliyyət göstərir. Bankın filiallar şəbəkəsi paytaxtla yanaşı, respublikamızın Lənkəran, Tovuz, Şəmkir, Biləsuvar, Bərdə, Gəncə, Masallı kimi regionlarını əhatə edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti