...

Bakı Biznes Tədris Mərkəzi maarifləndirmə tədbirlərini davam etdirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Aprel 2014 16:43 (UTC +04:00)
İqtisadiyyat və Sənaye Nazirliyinin Bakı Biznes Tədris Mərkəzi tərəfindən regionlarda sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün maarifləndirmə tədbirləri davam etdirilir. Bu cür treninqlər sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanların zəruri biliklərin, praktik bacarıqların artırılmasında, beynəlxalq təcrübənin aşılanmasında böyük əhəmiyyət daşıyır.
Bakı Biznes Tədris Mərkəzi maarifləndirmə tədbirlərini davam etdirir

Azərbaycan, Bakı, 26 aprel /Trend/

İqtisadiyyat və Sənaye Nazirliyinin Bakı Biznes Tədris Mərkəzi tərəfindən regionlarda sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün maarifləndirmə tədbirləri davam etdirilir. Bu cür treninqlər sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanların zəruri biliklərin, praktik bacarıqların artırılmasında, beynəlxalq təcrübənin aşılanmasında böyük əhəmiyyət daşıyır.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu istiqamətdə növbəti treninqlər aprelin 25-də Zərdab və Qazax rayonlarında keçirilmişdir.

"Biznes planların və investisiya layihələrinin hazırlanması", "Sahibkarlıq fəaliyyətində qadınların rolu və onların hüquqlarının qorunması", "Qazax və Ağstafa rayonlarında kurortların inkişaf perspektivləri" və "İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər" mövzularında təşkil edilən treninqdə biznes ideyanın yaradılması və biznes planların tərtib edilməsi, qadın sahibkarlığının prioritet biznes sahələri və inkişaf istiqamətləri, kurort işçilərinin peşə səviyyəsinin yüksəldilməsi, kurort infrastrukturunun inkişaf etdirilməsi, investisiya layihələrinin maliyyələşdirilməsi ilə əlaqədar elektron idarəetmə sistemi və s. barədə iştirakçılara geniş məlumat verilmişdir.

Treninqlərdə, həmçinin qeyd olunan mövzular barədə fikir mübadiləsi aparılmış, iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.

Sonda tədbir iştirakçılarına Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanmışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti