...

Yardımlıda sahibkarlar üçün treninq keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Aprel 2014 15:32 (UTC +04:00)
İqtisadiyyat və Sənaye Nazirliyinin Bakı Biznes Tədris Mərkəzi sahibkarların və sahibkarlıq fəaliyyətinə yeni başlayan şəxslərin maarifləndirilməsi, o cümlədən onlara metodiki köməyin göstərilməsi, məsləhət xidməti, informasiya təminatı, marketinq xidməti sahəsində biliklərin verilməsi istiqamətində Bakıda və regionlarda müxtəlif mövzularda treninqlər, seminarlar təşkil edir.
Yardımlıda sahibkarlar üçün treninq keçirilib

Azərbaycan, Bakı, 29 aprel /Trend/

İqtisadiyyat və Sənaye Nazirliyinin Bakı Biznes Tədris Mərkəzi sahibkarların və sahibkarlıq fəaliyyətinə yeni başlayan şəxslərin maarifləndirilməsi, o cümlədən onlara metodiki köməyin göstərilməsi, məsləhət xidməti, informasiya təminatı, marketinq xidməti sahəsində biliklərin verilməsi istiqamətində Bakıda və regionlarda müxtəlif mövzularda treninqlər, seminarlar təşkil edir.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, növbəti belə tədbir aprelin 29-da Bakı Biznes Tədris Mərkəzinin Lənkəran nümayəndəliyinin təşkilatçılığı, Yardımlı Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Yardımlıda keçirilib.

"Ekoloji təmiz kənd təsərrüfatının inkişafı" və "Logistika" mövzularını əhatə edən treninqdə ekoloji təmiz kənd təsərrüfatı, bu sahədə beynəlxalq təcrübə, ekoloji təmiz kənd təsərrüfatı məhsulları istehsal edən müəssisələrin təşkili, logistik mərkəzlərin yaradılması və s. barədə məlumat iştirakçıların diqqətinə çatdırılıb.

Bundan başqa, treninqdə İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, www.icazeler.gov.az, www.b2b.az elektron portalları, portalların biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı imkanlar, həmçinin investisiya layihələrinin maliyyələşdirilməsi ilə əlaqədar elektron idarəetmə sistemi və s. barədə iştirakçılara geniş məlumat verilib.

Tədbir çərçivəsində mövzular üzrə təqdimatlar keçirilib, Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti