...

"Muğanbank" "Pul köçürmələri" mövzusunda keçirilmiş konfransın baş sponsoru olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Aprel 2014 15:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 aprel /Trend/

9-12 aprel tarixlərində İstanbulda "Titanik Business Bayrampaşa" hotelində "Biznes format" şirkətinin təşkilatçılığı ilə "Pul köçürmələri" mövzusunda II beynəlxalq konfrans keçirilib.

"Muğanbank" ASC beynəlxalq konfransın baş sponsorlarından biri kimi çıxış edib.

Bankdan Trend-ə verilən məlumata görə, konfransda Azərbaycan, Türkiyə, Gürcüstan, Ukrayna, Rusiya, Belarus, Çexiya, Özbəkistan, Moldova bankları və maliyyə institutlarının rəhbər işçiləri, banklararası biznesin nümayəndələri, maliyyə təşkilatlarının rəhbərləri, analitik-ekspertlər olmaqla 30-dan artıq nümayəndə iştirakçı və qonaq qismində iştirak ediblər.

"Muğanbank" ASC-nin nümayəndə heyəti beynəlxalq konfransın işində fəal iştirak edib. Bankın İdarə Heyəti sədrinin müavini Rasim İsmayılov "Monex" dünən, bu gün, sabah və bazarda innovasiyalar" mövzusunda məzmunlu məruzə ilə çıxış edərək "Monex" təcili pul köçürmələri sisteminin, həmçinin beynəlxalq maliyyə bazarlarının təhlilinin aparılması üçün şəxsi müasir məhsul və texnologiyaların işlənib-hazırlanması, tətbiqi və istifadəsindən ətraflı bəhs edib.

Konfransda müxtəlif beynəlxalq təcili pulköçürmə sistemlərinin nümayəndələri, həmçinin "Aktif Yatırım Bankası A.Ş"-nin nümayəndəsi Ersun Kutlu maraqlı məruzələrlə fərqləniblər. E.Kutlu məruzəsində "UPT" pul köçürmələri sisteminin inkişafından danışıb.

Forumun digər iştirakçılarının çıxışları təcili pulköçürmə sistemləri bazarı, dünyadakı vəziyyət, təcili pulköçürmə sistemləri bazarının və onun yerli seqmentlərinin inkişaf proqnozlarına həsr olunmuşdu. Konfrans iştirakçıları habelə banklararası maliyyə bazarının infrastrukturunun inkişafı məsələlərini müzakirə ediblər.

Azərbaycan maliyyə-bank sektorunun tanınmış maliyyə institutlarından biri olan "Muğanbank" ASC fəaliyyətinə 1992-ci ildə başlayıb. Bankın ölkə üzrə 33 filialı və 6 şöbəsi müştərilərə hər növ bank məhsulları üzrə keyfiyyətli xidmət göstərir. "Muğanbank" ASC ABŞ Beynəlxalq İnkişaf Agentliyi ("USAID"), Avropa Yenidənqurma və İnkişaf Bankı ("EBRD"), Beynəlxalq Maliyyə Korporasiyası ("IFC"), ABŞ-ın WorldBusiness Capital, Inc. investisiya fondu ("WBC"), Xarici Özəl İnvestisiyalar Korporasiyası ("OPIC") kimi beynəlxalq iqtisadi qurumlarla əməkdaşlıq edir. "Muğanbank" ASC Almaniya, Rusiya, Türkiyə, Latviya, Avstriya, Qazaxıstan və Ukraynanın aparıcı bankları ilə yüksək səviyyəli müxbir əlaqələrə malikdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti