...

"Muğanbank"ın adsız istiqrazlar üzrə lotereyasının növbəti tirajı keçirilib (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 May 2014 14:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 may /Trend/

Aprelin 30-da adsız istiqrazlar üzrə lotereyanın 36-cı tirajının nəticələri müəyyənləşdi.

"Muğanbank" ASC-dən Trend-ə verilən məlumata görə, istiqraz sahibləri tərəfindən tirajın gedişatının rahat izlənilməsi üçün və prosesin şəffaflığını təmin etmək məqsədi ilə tədbir bankın rəsmi saytında canlı yayımlanıb.

Adsız istiqrazlar üzrə hər tirajın uduş fondu 562 500 AZN, uduşlu istiqrazların sayı isə 2000 ədəd təşkil edir. Maksimum uduş məbləği 50 000 ANZ-dir.

Tirajın nəticələri ilə "Xalq qəzeti"nin növbəti sayında, həmçinin "Muğanbank" ASC-nin rəsmi saytında tanış ola bilərsiniz (http://www.muganbank.az/retail/bearer-bonds/list/). Həmçinin 933 Məlumat Mərkəzinə zəng etməklə məlumat ala bilərsiniz.

Növbəti 37-ci tiraj 2014-cü il iyun ayının 15-də "Muğanbank" ASC-nin Ə.Rəcəbli, 21B ünvanında yerləşən baş ofisində keçiriləcək.

"Muğanbank" ASC-nin istiqraz layihəsi 2009-cu ildə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində qeydiyyatından keçib. Bank 50 mln. manat dəyərində 1 mln. ədəd istiqraz emissiya edib. Hər istiqrazın nominal dəyəri 50 manatdır. 10 illik dövriyyə müddətində 80 tiraj keçiriləcək.

Bu məhsulun riskdən azad olması kimi müsbət xüsusiyyəti əhəmiyyətli və kifayət qədər cəlbedici faktdır. Belə ki, hazırkı məhsulun uduş faizi kifayət qədər yüksəkdir, habelə hər bir istiqraz sahibinə illik 2% gəlir təmin edilir. İstiqraz sahibi istənilən vaxt istiqrazlarını "Muğanbank" ASC-nin istənilən filialına qaytarıb istiqrazların nominalları üzrə pullarını və üstünə gələn illik faizini götürmək imkanına malikdir. Başqa sözlə desək, bank öz qiymətli kağızlarının tam likvidliyini təmin edir. Bu şərtlər ailə büdcəsinə əlavə investisiya etmək qərarının verilməsi üçün mühüm əsasdır.

İstiqraz hər zaman real pul deməkdir!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti