...

Regionlarda sahibkarların maarifləndirilməsi davam edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 May 2014 17:35 (UTC +04:00)
Mayın 7-də Qazaxda İqtisadiyyat və Sənaye Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Qazax nümayəndəliyinin təşkilatçılığı ilə sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün treninq keçirilmişdir.
Regionlarda sahibkarların maarifləndirilməsi davam edir

Azərbaycan, Bakı, 7 may /Trend/

Mayın 7-də Qazaxda İqtisadiyyat və Sənaye Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Qazax nümayəndəliyinin təşkilatçılığı ilə sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün treninq keçirilmişdir.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Qazax rayonunda üzümçülüyün inkişaf perspektivləri, marketinq, İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər mövzularını əhatə edən treninqdə kənd təsərrüfatında ixtisaslaşma, ekoloji təmiz üzüm istehsalının təşkili prinsipləri, marketinqin növləri və prinsipləri, marketinqin istiqamətləri, istehsal olunacaq məhsulların keyfiyyəti və çeşidi, satışın təşkili və idarə edilməsi, reklam fəaliyyəti və s. barədə məlumat iştirakçıların diqqətinə çatdırılıb.

Bundan başqa, treninqdə İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, www.icazeler.gov.az, www.b2b.az elektron portalları, portalların biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı imkanlar, həmçinin investisiya layihələrinin maliyyələşdirilməsi ilə əlaqədar elektron idarəetmə sistemi və s. barədə məlumat verilib.

Tədbir çərçivəsində mövzular üzrə təqdimatlar keçirilib, iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti