Azərbaycan, Bakı, 8 may /Trend/
Mayın 10-da Unibank-ın bütün paytaxt və bölgə filialları ("Baksovet" və "Dərnəgül" filialları istisna olmaqla) müştərilərinin xidmətində olacaq.
Bankdan Trend-ə verilən məlumata görə, səhər saat 09:00-dan 17:00-dək müştərilər "Unibank" filiallarında bütün bank xidmətlərindən istifadə edə bilərlər. Mayın 9-u isə qeyri-iş günü olduğu üçün bank filialları işləməyəcək.
"Unibank" hazırda 36 filialı ilə ölkə vətəndaşlarının xidmətindədir. Bank filialları müştərilərə həftənin 6 günü nahar fasiləsiz xidmət göstərir.
Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, bankın saytından (www.unibank.az) və yaxud "facebook" səhifəsində (www.facebook.com/unibank.az) əldə etmək olar.