...

"PAŞA Həyat" könüllü həyat sığortası üzrə 10 min manat həcmində sığorta ödənişi verib

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 May 2014 20:30 (UTC +04:00)
"PAŞA Həyat Sığorta" ASC kredit götürən şəxslərin həyat sığorta növü üzrə növbəti iri həcmli sığorta ödənişini həyata keçirib.
"PAŞA Həyat" könüllü həyat sığortası üzrə 10 min manat həcmində sığorta ödənişi verib

Azərbaycan, Bakı, 13 may /Trend/

"PAŞA Həyat Sığorta" ASC kredit götürən şəxslərin həyat sığorta növü üzrə növbəti iri həcmli sığorta ödənişini həyata keçirib.

Şirkətin İctimaiyyətlə Əlaqələr Xidmətindən Trend-ə verilən məlumata görə, "PAŞA Həyat"ın tərəfdaşlıq etdiyi bankların birindən kredit götürən şəxsin - sığortalının ölümü nəticəsində müqavilədə qeyd olunan şərtlərə uyğun olaraq 10 min manat həcmində birdəfəlik sığorta ödənişi faydalanan şəxsin müvafiq bank hesabına köçürülüb.

Qeyd edək ki, bu ilin yanvar-aprel ayları ərzində "PAŞA Həyat" tərəfindən könüllü həyat sığortası növləri üzrə 211 min manata yaxın sığorta ödənişi verilib.

"PAŞA Holdinq" Şirkətlər Qrupunun üzvü olan "PAŞA Həyat Sığorta" ASC 2011-ci il fevralın 14-dən fəaliyyət göstərir. Cari ilin may ayının 1-nə şirkətin nizamnamə kapitalının həcmi 40,250 mln. manat təşkil edir. Hazırda şirkət müştərilərə istehsalatda bədbəxt hadisələrdən icbari sığorta, həyatın müddətli sığortası, yığım tərkibli yaşam sığortası, sağalmaz xəstəliklərdən sığorta və digər könüllü həyat sığortası məhsulları təklif edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti