...

Hesablama Palatası: Azərbaycanın strateji valyuta ehtiyatları beş illik məhsul idxalını təmin edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 May 2014 14:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 may /Trend, müxbir E.Əliyev/

Ötən il dünyanın müxtəlif ölkələrinin fəaliyyətində iqtisadi artımın bərpası və bu istiqamətdə görülən stimullaşdırıcı tədbirlərlə səciyyələnib. Trend-in məlumatına görə, bunu cümə günü ölkənin Hesablama Palatasının sədri Vüqar Gülməmmədov parlamentin plenar iclasında "2013-cü ilin dövlət büdcəsinin icrası haqqında" qanunun müzakirəsi zamanı deyib.

O bildirib: "Bu fonda Prezident İlham Əliyevin rəhbərliyi altında ölkədə keçirilən tədbirlər 5,8 faizlik real iqtisadi artıma, hər nəfərə təxminən 8 min dollar ÜDM göstəricisinə və qeyri-neft sektorunun 10 faizlik səviyyəsində artım tempinə nail olmağa imkan verdi".

Onun sözlərinə görə, uğurlar "Azərbaycan-2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyasında əks olunmuş iqtisadiyyatın şaxələndirilməsi və inkişafı məqsədlərinə nail olunmasına yönəlib: "Bundan başqa, bir il ərzində ölkənin strateji valyuta ehtiyatları sabit şəkildə artaraq ÜDM-in təqribən 70 faizini təşkil edib. Valyuta ehtiyatlarının həcmi beş il ərzində mal və xidmət idaxlını təmin etməyə imkan verir".

V.Gülməmmədov deyib ki, 2013-cü ildə makroiqtisadi sabitlik təmin olunub və milli iqtisadiyyatın inkişafı davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti