...

"Bank of Baku" 11% gəlirliliklə istiqrazlar buraxır

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 May 2014 18:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 may /Trend, müxbir Z.Qurbanova/

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən "Bank of Baku" ASC-nin ümumi dəyəri 12 milyon dollar olan təmin edilməmiş, faizli, adlı, sənədsiz istiqrazlarının emissiya prospekti qeydə alınıb.

Bakı Fond Birjasından (BFB) Trend-ə verilən məlumata görə, emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə Birja vasitəsilə keçiriləcək.

Emissiya çərçivəsində hər birinin nominal dəyəri min dollar olan 12 min istiqraz buraxılıb. İstiqrazların tədavül müddəti 24 ay, istiqraz üzrə gəlirlilik 11 faiz, faiz ödəniş dövrünün müddəti isə hər 6 aydan birdir.

Yerləşdirmənin anderrayteri qismində "Standard Kapital" MMC çıxış edir.

İstiqrazları əldə etmək istəyən şəxslər BFB-nin üzvü olan və broker lisenziyasına malik təşkilata müraciət edə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti