...

Bakıda beynəlxalq ticarətin asanlaşdırılması imkanları müzakirə olunur

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 May 2014 11:42 (UTC +04:00)
Bakıda Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin (INCU) "Bali Konfransından sonra ticarətin asanlaşdırılması: siyasətin həyata keçirilməsi" Birinci Qlobal Konfransı öz işinə başlayıb.
Bakıda beynəlxalq ticarətin asanlaşdırılması imkanları müzakirə olunur

Azərbaycan, Bakı, 21 may /Trend, müxbir E.Əliyev/

Bakıda Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin (INCU) "Bali Konfransından sonra ticarətin asanlaşdırılması: siyasətin həyata keçirilməsi" Birinci Qlobal Konfransı öz işinə başlayıb.

Trend-in məlumatına görə, Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev tədbiri açaraq qloballaşma dövründə gömrük orqanları qarşısında dayanan hədəflərin müəyyən edilməsinin vacibliyini qeyd edib: "Bu gün xarici ticarət dövriyyələri üzərində nəzarət təkcə gömrük orqanları üçün deyil, ümumilikdə dövlət üçün prioritetdir. Ötən il Balidə xarici ticarətə dair çox mühüm saziş imzalandı və buna görə ölkələrimizin gömrük orqanları qarşısında duran beynəlxalq ticarətin asanlaşdırılması üzrə tapşırıqları müəyyən etmək vacibdir".

DGK sədri əlavə edib ki, Azərbaycan iqtisadiyyatı inkişaf edir və bu, müvafiq strukturlara yeni funksiyalar verir: "Konfransda dünyanın 65 ölkəsindən və 20 beynəlxalq təşkilatdan təxminən 200 nümayəndə iştirak edir. Əminəm ki, Bakıda qəbul ediləcək qərar səmərəli olacaq və dünya ölkələrinin gömrük birlikləri qarşısında duran bir çox məsələləri həll etməyə kömək edəcək".

Azərbaycan Baş nazirinin müavini Abid Şərifovun sözlərinə görə, milli iqtisadiyyat böyük inkişaf yolu keçib. O, qeyd edib ki, Ermənistan tərəfindən Azərbaycan topraqlarının işğalının davam etməsinə baxmayaraq, ölkə rəhbərliyinin uğurlu siyasəti sayəsində Azərbaycan iqtisadi nailiyyətlər əldə edib.

Konfransın başlamasından əvvəl iştirakçılara Ümumdünya Ticarət Təşkilatının birinci katibi Roberto Azevedonun videomüraciəti nümayiş etdirilib.

Konfrans öz işini mayın 23-dək davam etdirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti