...

Bakı Biznes Tədris Mərkəzi maarifləndirmə tədbirlərini davam etdirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 May 2014 18:23 (UTC +04:00)
Mayın 23-də Kürdəmirdə İqtisadiyyat və Sənaye Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Göyçay və Yevlax nümayəndəliklərinin təşkilatçılığı, Kürdəmir Rayon İcra Hakimiyyətinin dəstəyi ilə sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün treninq keçirilmişdir.
Bakı Biznes Tədris Mərkəzi maarifləndirmə tədbirlərini davam etdirir

Azərbaycan, Bakı, 23 may /Trend/

Mayın 23-də Kürdəmirdə İqtisadiyyat və Sənaye Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Göyçay və Yevlax nümayəndəliklərinin təşkilatçılığı, Kürdəmir Rayon İcra Hakimiyyətinin dəstəyi ilə sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün treninq keçirilmişdir.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, "Biznes ideyanı yarat", "Öz biznesinə başla" və "İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər" mövzularında təşkil edilən treninqdə biznes-ideyanın formalaşması və həyata keçirilməsi yolları, SWOT təhlilin və strateji planlaşdırmanın aparılması, bu sahədə beynəlxalq təcrübə, prioritet biznes istiqamətləri, yeni biznes subyektlərinin yaradılması qaydaları və s. barədə məlumat iştirakçıların diqqətinə çatdırılmışdır.

Həmin gün Zaqatalada isə "Aqrar iqtisadiyyat", "Ekoloji təmiz kənd təsərrüfatının inkişafı", "İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər" mövzularında treninq təşkil olunmuşdur. Tədbirdə iştirakçılara kənd təsərrüfatı məhsullarının istehsalının inkişaf istiqamətləri, yüksək keyfiyyətli məhsul istehsalı və satışını təmin etmək üçün işgüzar əlaqələrin qurulması, ekoloji təmiz kənd təsərrüfatı və bu sahədə beynəlxalq təcrübə, ekoloji təmiz kənd təsərrüfatı məhsulları istehsal edən müəssisələrin təşkili və s. barədə məlumat verilmişdir.

Bundan başqa, tədbir iştirakçıları İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, www.icazeler.gov.az, www.b2b.az elektron portalları, portalların biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı imkanlar, həmçinin investisiya layihələrinin maliyyələşdirilməsi ilə əlaqədar elektron idarəetmə sistemi və s. barədə məlumatlandırılmışlar.

Tədbirlər çərçivəsində mövzular üzrə təqdimatlar keçirilmiş, iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanmış, onları maraqlandıran suallar cavablandırılmışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti