...

"Albalı Plus" kuboku uğrunda futbol çempionatı başladı (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 May 2014 19:08 (UTC +04:00)
"Unibank" "Albalı Plus" şoppinq festivalı çərçivəsində partnyorları ilə birlikdə futbol çempionatı keçirir.
"Albalı Plus" kuboku uğrunda futbol çempionatı başladı (FOTO)

Azərbaycan, Bakı, 23 may /Trend/

"Unibank" "Albalı Plus" şoppinq festivalı çərçivəsində partnyorları ilə birlikdə futbol çempionatı keçirir.

"Albalı Plus" kuboku uğrunda futbol çempionatına bankın əməkdaşlarından ibarət komandalarla yanaşı, "Albalı Plus" (Albalı) kartının tərəfdaşları da qatılıblar.

"Unibank" öz partnyorlarına yalnız biznes tərəfdaşı olaraq deyil, hər zaman dost kimi yanaşıb. Bank daim birgə layihələr, tədbirlər keçirərək bu dostluq münasibətlərini daha da dərinləşdirməyə çalışır.

"Albalı Plus" kuboku uğrunda futbol çempionatında 10-dan artıq şirkətin komandası iştirak edir: Mərkəzi Bank, MilliKart, Sinteks, Koton, Araz Marketləri, Favorit Market, Integral, World Telecom, ABC Telecom (Kontakt) və Flexi Kredit.

Çempionat olimpiya sistemi, yəni "uduzan çıxdı" qaydası ilə keçiriləcək. Oyunlar AFFA hakimləri tərəfindən idarə olunacaq. Qalib gələn komandaları kubok və medallarla yanaşı, pul mükafatı da gözləyir. Çempionatın ən çox qol vurmuş oyunçusuna da xüsusi hədiyyə təqdim olunacaq.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, bankın saytından (www.unibank.az) və yaxud "facebook" səhifəsindən https://www.facebook.com/unibank.az/ əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti