Azərbaycan, Bakı, 29 may /Trend, müxbir E.Əliyev/
Azərbaycan Beynəlxalq Bankının (ABB) Rusiyadakı törəmə"strukturu "ABB-Moskva" bankı bu il 3 milyard rublluq istiqraz buraxmaq niyyətindədir. Trend xəbər verir ki, bu barədə bankın cümə axşamı yaydığı məlumatda deyilir.
Bank ümumi nominal dəyəri 6 milyard rubl məbləğində kağızların iki buraxılışını kütləvi təklif üsulu ilə satmaq niyyətindədir.
Məlumatda bankın İdarə Heyətinin sədri Fuad Abdullayevə istinadən bildirilir: "2013-cü ildə keçirilən ilk istiqraz buraxılışının yerləşdirilməsi göstərdi ki, sərmayəçilər tərəfindən bankımızın istiqrazlarına böyük maraq mövcuddur. Bu ildə biz "ABB-Moskva"nın istiqrazlarına sərmayəçilər tərəfindən belə marağın olacağını gözləyirik".
Mayın 27-də "Fitch Ratings" beynəlxalq reytinq agentliyi hər iki emissiyaya "ВВ(ЕХР)" reytinqi verib.