...

Azərbaycan iqtisadiyyatının liderləri "Uğur" mükafatına layiq görüldülər (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 İyun 2014 18:27 (UTC +04:00)
“Uğur” Milli mükafatının 2013-cü il üzrə nəticələri iyunun 4-də, “Jumeirah Bilgah Beach” mehmanxanasında təntənəli şəkildə elan olundu. Mükafata ölkə iqtisadiyyatının müxtəlif sahələrini əhatə edən və öz fəaliyyətində nailiyyətlər qazanmış şirkətlər və dövlət strukturları layiq görüldülər.
Azərbaycan iqtisadiyyatının liderləri "Uğur" mükafatına layiq görüldülər (FOTO)

Azərbaycan, Bakı, 5 iyun /Trend/

"Uğur" Milli mükafatının 2013-cü il üzrə nəticələri iyunun 4-də, "Jumeirah Bilgah Beach" mehmanxanasında təntənəli şəkildə elan olundu. Mükafata ölkə iqtisadiyyatının müxtəlif sahələrini əhatə edən və öz fəaliyyətində nailiyyətlər qazanmış şirkətlər və dövlət strukturları layiq görüldülər.

Laureatlar, "Consulting&Business" jurnalının tərkibində fəaliyyət göstərən Təşkilat Komitəsi tərəfindən 17 nominasiya üzrə müəyyən olunmuşdu. Nominantların seçimi bir neçə ay davam etdi. Mükafatın Təşkilat Komitəsi il ərzində ölkənin iqtisadi və sosial həyatında mühüm rol oynayan, ölkənin iqtisadi yüksəlişində əməyi olan şirkətləri seçərək onları ictimaiyyətə təqdim etdi.

Təsadüfi deyil ki, "Uğur" mükafatının builki laureatları arasında ölkə iqtisadiyyatında keyfiyyətli məhsulları və xidmətləri, qabaqcıl texnologiya və innovasiyaları ilə seçilən, etibarlı işəgötürən statusu qazanan və sosial məsuliyyətli biznes nümayəndələri təmsil olunurdular.

Qeyd edək ki, "Uğur" Milli mükafatı 2000-ci ildə "Consulting&Business" jurnalı tərəfindən təsis olunub və Azərbaycanda biznes və iqtisadiyyat sahəsində ilk və ən nüfuzlu mükafatdır. Ölkədə sahibkarlığın və işgüzar mühitin inkişafına, şirkət və qurumların nüfuzunun yüksəlməsinə, korporativ sektorda rəqabətin artmasına xidmət edən bir təsisat kimi tanınan "Uğur" Milli mükafatı hər il təqdim olunur. Xüsusilə vurğulamaq yerinə düşər ki, 14 il ərzində mükafatın laureatları arasında yalnız yerli şirkətlər deyil, həmçinin Azərbaycanda fəaliyyət göstərən transmilli kompaniyalar təmsil olunublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti