...

Xarkovdan Bakıya yeni təyyarə reysi açılır

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 İyun 2014 11:58 (UTC +04:00)
İyunun 21-də Xarkov vilayətindən Bakıya yeni təyyarə reysi açılacaq. Xarkov vilayətində yaşayan soydaşlarımızın çoxsaylı müraciətinə əsasən açılan Xarkov-Bakı, Bakı-Xarkov reyslərini “Dniproavia” şirkəti həyata keçirəcək.
Xarkovdan Bakıya yeni təyyarə reysi açılır

Azərbaycan, Bakı, 11 iyun /Trend/

İyunun 21-də Xarkov vilayətindən Bakıya yeni təyyarə reysi açılacaq. Xarkov vilayətində yaşayan soydaşlarımızın çoxsaylı müraciətinə əsasən açılan Xarkov-Bakı, Bakı-Xarkov reyslərini "Dniproavia" şirkəti həyata keçirəcək. Bu barədə Trend-ə şirkətdən məlumat verilib.

Mayın 19-da Dnepropetrovsk şəhərindən Bakıya ilk uğurlu uçuşunu edən "Dneproavia" şirkəti yay mövsümündə Xarkov vilayətində yaşayan soydaşlarımızı da rahat və sərfəli xdmətləri ilə sevindirəcək.

Ukrayna Azərbaycanlıları Konqresinin Xarkov vilayət təşkilatının sədri Qurban Abbasovun bildirdiyinə görə, yay mövsümündə belə reysin açılması vilayətdə yaşayan 40 minə yaxın azərbaycanlının, xüsusən də bu şəhərdə təhsil alan minlərlə azərbaycanlı tələbələrin vətənə gediş-gəlişinin asanlaşdırılmasında mühüm rol oynayacaq.

"Dniproavia" şirkətinin kommersiya direktoru Sergey Pasılayev isə deyib ki, Xarkov-Bakı reysi ilkin olaraq uçuşlarını iyunun 21-dən
başlayaraq hər həftənin 2-ci və 6-cı günləri yerli vaxtla 14:40-da həyata keçirəcək. Onun sözlərinə görə biletin qiyməti də sərnişinlərin istəyinə uyğundur. Belə ki, Kiyevdən Bakıya ikitərəfli uçuşun qiyməti 600 ABŞ dolları olduğu təqdirdə, Xarkov-Bakı, Bakı-Xarkov reysinin qiyməti 400 dollardır.

"Dniproavia" şirkəti əlavə olaraq, 12 yaşından 24 yaşına, o cümlədən 60 yaşından yuxarı olan sərnişinlərini güzəştli biletlərlə sevindirəcək. Sərnişinlərin tələbini öyrənən "Dneproavia" şirkəti gələcəkdə Azərbaycanın digər şəhərlərinə də uçuşlar həyata keçirmək niyyətindədir.

Xarkov-Bakı təyyarə reysinə dniproavia.com saytından da bilet almaq mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti