...

"Amrahbank"ın Masallı filialı yeni ünvanda

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 İyun 2014 13:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 iyun /Trend/

"Amrahbank"ın Masallı filialı yeni ünvanda, Masallı şəhəri, Heydər Əliyev prospekti ünvanında fəaliyyət göstərməyə başladı. 500 kv. metrlik sahəni əhatə edən rahat və geniş filial binası tam təmir edilmiş, bankın qəbul edilmiş standartlarına uyğun mebel dəstləri, müasir texnologi avadanlıqlarla təmin edilmiş və müştəriləri qəbul etməyə tam hazırdır.

Müasir tələblərə cavab verən Masallı filialı həm fiziki, həm də korporativ müştərilərinəetibarlı bir müttəfiq kimi bütün bank xidmətlərini, o cümlədən kreditlərin verilməsi, cari və əmanət hesablarının açılması, sürətli pul köcürmələri, Visa, Mastercard tipli beynəlxalq plastik kartlar ilə əməliyyatlar, valyuta mübadiləsi, hesablaşma-kassa əməliyyatları və s. xidmətləri təklif edir.

Açılış mərasiində Bankın İdarə Heyətini üzvləri, departament direktorları, Masallı rayon İcra Hakimiyyətinin nümayəndəsi və digər rəsmi qonaqlar iştirak etdilər.

Açılış mərasimini açan İdarə Heyətinin Sədri v.i.e. cənab E. C. Həsənov mərasim iştirakçılarını salamladı, son dövrlərdə bankın keçdiyi dinamik inkişaf yollarından, xüsusilə Masallı filialının uğurlarından bəhs etdi, yerli İcra Hakimiyyətinə yaratdıqları şəraitiə görə öz minnətdarlığını bildirdi, kollektivə gələcək işlərində böyük uğurlar arzuladı: "Masallı filialının açılışı durmadan inkişaf edən ölkəmizin inkişafına bizim də bir töhfəmizdir. Regionlarda yeni filialların açılması bizim prioritet sahələrimizdən biridir. Bankın menecmenti filiallar şəbəkəsinin inkişaf etdirilməsinə çox israrlıdır".

1993-cü ildə təsis edilmiş Amrahbank Azərbaycanın ilk və aparıcı banklarından biridir. Amrahbank həm fərdi, həm də korporativ müştərilərə bütün bank xidmət və məhsullarını, o cümlədən cari və depozit hesabları, hesablaşma-kassa və plastik kartlarla əməliyyatlar, yerli və beynəlxalq pul köçürmələri, istehlak və biznes kreditləri, sənədli əməliyyatlar, ticarətin maliyyələşdirilməsi və digər bank xidmətlərini təqdim edir.

Bəhreyn Krallığında fəaliyyət göstərən Beynəlxalq İnvestisiya Bank ı(www.iib-bahrain.com) 2008-ci ildən "Amrahbank"ın strateji səhmdarıdır.

Hal-hazırda bankın 21 filiali və 1 şöbəsi fəaliyyət göstərir. Bankın filiallar şəbəkəsi paytaxtla yanaşı respublikamızın Sumqayıt, Lənkəran, Tovuz, Şəmkir, Biləsuvar, Bərdə, Gəncə, Masallı kimi regionlarını əhatə edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti