...

Azərbaycanın qaz təsərüfatı işçiləri "TuranBank"da endirimlə kredit ala bilərlər

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 İyun 2014 16:52 (UTC +04:00)
Azərbaycan Prezident İlham Əliyevin ölkədə qaz təsərrüfatının yaradılmasının 70 illiyi ilə əlaqədar olaraq 12 iyun 2006-cı il tarixində imzaladığı sərəncama əsasən, hər il iyunun 20-si ölkəmizdə qaz təsərrüfatı işçilərinin peşə bayramı günü kimi qeyd olunur.
Azərbaycanın qaz təsərüfatı işçiləri "TuranBank"da endirimlə kredit ala bilərlər

Azərbaycan, Bakı, 19 iyun /Trend/

Azərbaycan Prezident İlham Əliyevin ölkədə qaz təsərrüfatının yaradılmasının 70 illiyi ilə əlaqədar olaraq 12 iyun 2006-cı il tarixində imzaladığı sərəncama əsasən, hər il iyunun 20-si ölkəmizdə qaz təsərrüfatı işçilərinin peşə bayramı günü kimi qeyd olunur.

"TuranBank" "Azəriqaz" İstehsalat Birliyinin kollektivini peşə bayramları münasibətilə təbrik edərək 20, 23 və 24 iyun tarixlərində onlar üçün bankın mövcud istehlak kreditlərinin illik faizlərində 3% endirim edir.

Bankdan Trend-ə verilən məlumata görə, göstərilən tarixlərdə "TuranBank"ın istənilən filialına müraciət etməklə qeyd olunan endirimdən yararlanmaq mümkündür.

Kredit faizlərində endirim "TuranBank"ın müxtəlif peşə sahibləri üçün nəzərdə tutulan endirimli kampaniyaları çərçivəsində həyata keçirilir.

Endirim kampaniyası haqqında daha ətraflı məlumatı bankın Məlumat Mərkəzinin 935 nömrəli telefonuna zəng etməklə əldə etmək olar.

TuranBank, müştərilərə sərfəli şərtləri ilə seçilən, müxtəlif məqsədlər üçün istehlak, biznes, mikro, lombard, peşə və ipoteka kreditləri təklif edir. Bank "Gözünüz aydın!" aksiyası çərçivəsində müştərilərinin gündəlik ehtiyaclarını qarşılamaq məqsədilə özünün "Kiçik Həcmli İstehlak", "Müəllim", "Səhiyyə", "Hərbçi" və "Təqaüdçü" kreditlərinin illik faizlərini endirib. Adıçəkilən kredit məhsullarını illik 20%-dən başlamaqla zaminsiz bankın istənilən filialında əldə etmək mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti