...

İran Azərbaycan sahibkarlarını bir sıra sərgilərdə iştiraka dəvət edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 İyun 2014 15:06 (UTC +04:00)
İranın Azərbaycandakı səfirliyi 2014-2015-ci illərdə İranda keçiriləcək beynəlxalq sərgilərə Azərbaycan sahibkarlarını dəvət edir.
İran Azərbaycan sahibkarlarını bir sıra sərgilərdə iştiraka dəvət edir

Azərbaycan, Bakı, 23 iyun /Trend, müxbir Emin Əliyev/

İranın Azərbaycandakı səfirliyi 2014-2015-ci illərdə İranda keçiriləcək beynəlxalq sərgilərə Azərbaycan sahibkarlarını dəvət edir.

Trend-in Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) saytına istinadən verdiyi məlumata görə, sərgilər metallurgiya, İKT, rəqəmsal servislər, maşınqayırma, memarlıq, tikinti texnologiyaları, tibb, bank işi, sığorta və digər sahələri əhatə edəcək.

Sərgilər haqqında daha ətraflı məlumatı İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyindən əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti