...

Ankarada Ümumdünya İslam Ticarət Sərgisi keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 İyul 2014 16:30 (UTC +04:00)
Azərbaycan sahibkarları və işgüzar dairələri sərgidə iştiraka dəvət olunurlar.
Ankarada Ümumdünya İslam Ticarət Sərgisi keçiriləcək

Azərbaycan, Bakı, 1 iyul /Trend, müxbir Zülfiyyə Qurbanova/

Sentyabrın 11-13-də Ankarada Ümumdünya İslam Ticarət Sərgisi keçiriləcək.

Trend-in İqtisadiyyat və Sənaye Nazirliyinə istinadən verdiyi məlumata görə, sərginin təşkilatçısı İslam Əməkdaşlıq Təşkilatıdır (İƏT).

Tədbirdə informasiya və kommunikasiya texnologiyaları, elektron xidmətlər, təhsil, tibb, turizm, bank biznesi, ərzaq və tekstil sənayesi sahələrində fəaliyyət göstərən sahiblkarlar iştirak edəcəklər.

Azərbaycan sahibkarları və işgüzar dairələri sərgidə iştiraka dəvət olunurlar.

Əlavə məlumatı IMEX-2014 səgisinin təşkilat komitəsindən əldə etmək olar.

Teleüfon: +90 312 447 46 45
Faks: +90 312 448 03 22

Məqalədə:
Xəbər lenti

Xəbər lenti