...

Azərbaycanın dövlət büdcəsinə vergi daxilolmalarının 50 faizindən çoxunu qeyri-neft sektoru təmin edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 İyul 2014 13:30 (UTC +04:00)
2014-cü ilin yanvar-iyun aylarında Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 3,6 milyard manat təşkil edib.
Azərbaycanın dövlət büdcəsinə vergi daxilolmalarının 50 faizindən çoxunu qeyri-neft sektoru təmin edib

Azərbaycan, Bakı, 9 iyul /Trend, müxbir Zülfiyyə Qurbanova/

2014-cü ilin yanvar-iyun aylarında Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 3,6 milyard manat təşkil edib.

Trend-in nazirliyin saytında dərc olunmuş məlumata istinadən verdiyi xəbərə görə, bu məbləğin 32,9 faizi mənfəət vergisinin, 28,3 faizi əlavə dəyər vergisinin, 12,8 faizi fiziki şəxslərin gəlir vergisinin, 10,4 faizi aksizlərin, 15,6 faizi isə digər vergilərin payına düşür.

Qeyri-neft-qaz sektoru üzrə büdcəyə 2,51 milyard manat və ya daxilolmaların ümumi həcminin 47,8 faizi daxil olub.

Bu xətt üzrə daxilolmalar ötən ilin analoji dövrü ilə müqayisədə 15 faiz atıb.

Nazirlik üçün 2014-cü il üzrə vergi ayırmaları üçün proqnoz 7,1 milyard manat həcmində müəyyən edilib.

Yanvar-iyun aylarında respublika üzrə 42 min 681 vergi ödəyicisi qeydiyyata alınıb. 1 iyun 2014-cü il tarixə qeydiyyatda olan vergi ödəyicilərinin ümumi sayı 574 935 nəfər təşkil edib.

2014-cü ilin yanvar-iyun ayları ərzində respublika üzrə elektron formada göndərilmiş bəyannamələrin xüsusi çəkisi 90,9 faiz təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti