...

Azərbaycan ilə Gürcüstan arasında konteyner qatarının hərəkəti bərpa edilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 İyul 2014 16:39 (UTC +04:00)
İyulun 15-də Azərbaycan ilə Gürcüstan Poti-Bakı marşrutu üzrə konteyner blok-qatarının hərəkətini bərpa edir. Bu barədə çərşənbə axşamı Trend-ə "Gürcüstan Dəmir Yolları" MMC-dən bildiriblər.
Azərbaycan ilə Gürcüstan arasında konteyner qatarının hərəkəti bərpa edilir

Gürcüstan, Tbilisi, 15 iyul /Trend, müxbir Nana Kirsxaliya /

İyulun 15-də Azərbaycan ilə Gürcüstan Poti-Bakı marşrutu üzrə konteyner blok-qatarının hərəkətini bərpa edir. Bu barədə çərşənbə axşamı Trend-ə "Gürcüstan Dəmir Yolları" MMC-dən bildiriblər.

MMC-dən deyiblər ki, blok-qatar "Azərbaycan Dəmir Yolları" QSC və "Gürcüstan Dəmir Yolları" MMC-nin törəmə strukturu olan "Trans Caucasus Terminals LLC" şirkəti arasında əldə olunan saziş əsasında konteynerlərin nəql olunmasını təmni edəcək.

Blok-qatar Potidən Bakıya çərşənbə axşamı və şənbə günləri konteynerlər daşıyacaq. Daşınmanın vaxtı 24 saat təşkil edəcək.

Poti-Bakı marşrutu üzrə konteyner qatarı 1996-cı ildən fəaliyyət göstərib, lakin sonralar onun işi dayandırılıb.

MMC-dən bildiriblər ki, konteyner qatarının öz işinə başlaması ilə qəbul edən tərəf öz yükünü 34 saat ərzində alacaq. Layihənin reallaşdırılması avtomobil magistralalrında konteyner yükdaşımalarının həcmini də azaldacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti