...

"Muğanbank"ın aktivləri il ərzində 16 faizdən çox artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 İyul 2014 12:58 (UTC +04:00)
"Muğanbank" ASC aktivlərinin həcmi 2014-ci il iyulun 1-nə 364 670 min manata çatdırılıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 16,4% çoxdur.
"Muğanbank"ın aktivləri il ərzində 16 faizdən çox artıb

Azərbaycan, Bakı, 24 iyul /Trend/

"Muğanbank" ASC aktivlərinin həcmi 2014-ci il iyulun 1-nə 364 670 min manata çatdırılıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 16,4% çoxdur. Bankın məcmu kapitalı isə 53 795,61 min manat təşkil edib. Bu barədə Trend-ə bankdan məlumat verilib.

Həmçinin bankın depozit portfeli 125 591 min manata çatıb. 2014-cü ilin iyul ayına olan göstəricilərə əsasən bankın kredit portfeli 16,1% artaraq 257 925 min manat təşkil edib. Ötən ilin müvafiq dövründə isə bu rəqəm 222 224 min manat təşkil edib.

Müvafiq dövr üzrə "Muğanbank" ASC-nin gəlirləri artıb. Belə ki, bankın faiz gəlirləri 19 486,71 min manata, qeyri-faiz gəlirləri isə 8 392,94 min manata çatıb.

"Muğanbank" ASC-nin müvafiq dövr üçün likvidlik əmsalı 68%-dir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti