...

"Bank Respublika" cari hesabın artırılması və kreditlərin eManat terminallarında ödənilməsi xidmətini təklif edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Avqust 2014 17:02 (UTC +04:00)
İndi "Bank Respublika" müştəriləri vəsaitlərin cari hesablarına yatırılması əməliyyatlarını eManat terminalları vasitəsilə həyata keçirə bilərlər.
"Bank Respublika" cari hesabın artırılması və kreditlərin eManat terminallarında ödənilməsi xidmətini təklif edir

Azərbaycan, Bakı, 7 avqust/Trend/

İndi "Bank Respublika" müştəriləri vəsaitlərin cari hesablarına yatırılması əməliyyatlarını eManat terminalları vasitəsilə həyata keçirə bilərlər. Bankdan cümə axşamı Trend-ə verilən məlumata görə, bu xidmət həmçinin müştərilərə plastik kartların balansını artırmaq və kredit borclarını banka gəlmədən ödəmək imkanı yaradır. Hal-hazırda eManat şəbəkəsində 1000-dən artıq ödəniş terminalı xidmət göstərir.

Müştərinin krediti olduğu halda yatırılan məbləğ avtomatik qaydada kredit qrafikinə uyğun çıxılacaq. Yatırılan vəsait ödəniş qrafikində nəzərdə tutulmuş məbləğdən artıq olarsa - qalıq məbləğ cari hesabda tələb olunanadək saxlanılacaq. Kredit qrafikinə əsasən tələb olunan məbləğdən artıq məbləğdə kredit borcunun ödənilməsi üçün müştəri ona yaxın olan istənilən bank filialına bilavasitə müraciət etməlidir.

Plastik kart hesabına vəsaitin yatırılması bir iş günü ərzində və yaxud növbəti iş günündə (əməliyyat qeyri-iş günlərində aparılanda) yerinə yetirilir.

Bu xidmət vasitəsilə maksimum 10 000 manat yatırmaq mümkündür. Onu da qeyd edək ki, əlavə olunan məbləğ yalnız Azərbaycan Manatı valyutasında olmalıdır və mədaxil edilmiş vəsaitin valyutası açılmış hesabın valyutası ilə fərqlənirsə, məbləğ hesabın valyutasına konvertasiya edilərək hesabda əks olunur.

Yeni xidmətdən istifadə qaydası olduqca rahat və sadədir: eManat terminalın monitorunda "Bank xidmətləri" işarəsini seçdikdən sonra "Bank Respublika" düyməsinə toxunmaq lazımdır. Bank müştərisi müvafiq xanalara hesab nömrəsi və şəxsiyyət vəsiqəsinin seriyasını (hərbi qulluqçular üçün zabit vəsiqəsi) daxil edir, tələb olunan məbləği yatırır və qəbzin verilməsini gözləyir. Bu xidmət üçün heç bir komissiya haqqı tutulmur.

Yeni bank xidməti Bank Respublikanın məsəfəli bankçilıq sahəsində tətbiq etdiyi yeniliklər silsiləsinin davamıdır. Hal-hazırda bu səpkidə olan xidmətlərdən fəal istifadə olunanlar internet vasitəsi ilə kreditin onlayn ödənişi,İnternet Şöbə xidməti, MobilBank və bankomatlar şəbəkəsini qeyd etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti