...

"Unibank" komissiya haqqı olmadan uzaq məsafələrə təcili pul köçürmələri təklif edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Avqust 2014 16:06 (UTC +04:00)
İndi qohumlarınızın və tanışlarınızın ölkənin istənilən bölgəsindən, həmçinin xaricdən göndərdiyi pulu "Unibank" sizə daha tez çatdıracaq.
"Unibank" komissiya haqqı olmadan uzaq məsafələrə təcili pul köçürmələri təklif edir

Azərbaycan, Bakı, 12 avqust/Trend/

İndi qohumlarınızın və tanışlarınızın ölkənin istənilən bölgəsindən, həmçinin xaricdən göndərdiyi pulu "Unibank" sizə daha tez çatdıracaq. Heç banka gəlməyinizə də ehtiyac qalmayacaq, çünki pul birbaşa sizin Visa kartınıza oturacaq.

Bankdan çərşənbə axşamı Trend-ə verilən məlumata görə, "Unibank"ın qoşulduğu Visa-nın Visa Direct -uzaq məsafədə tez köçürmələr xidməti, Azərbaycanın ən ucqar bölgəsinə, həmçinin xaricə, qısa müddətdə pul köçürməsini mümkün edir. Üstəlik, xidmətin fəaliyyətə başlaması ilə bağlı "Unibank" xüsusi kampaniya keçirir. İlin sonunadək bu xidmətdən istifadə edən bütün "Unibank" müştəriləri heç bir komissiya haqqı ödəməyəcəklər.

"Unibank" kartı olan müştərilər Visa Direct xidmətindən istifadə edərək "Unibank"ın bankomatları vasitəsilə pul köçürə biləcəklər. Bu proses bir neçə saniyədən 2 iş gününə qədər çəkə bilər. Bu köçürmə yalnız "Unibank"ın Visa kartları vasitəsi ilə mümkün olacaq.

Kampaniyanın müddəti bitdikdən sonra isə "Unibank"ın plastik kartı vasitəsilə bu əməliyyat Azərbaycan daxilində aparıldıqda, müştəridən 1% (min.1 AZN/USD/EUR/GBP), Azərbaycandan xaricdəki plastik karta pul köçürüldükdə 1% (min. 2 AZN/USD/EUR/GBP) həcmində komissiya tutulacaq.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (http://www.unibank.az/az/private-clients/moneysend/) və yaxud facebook səhifəsində (www.facebook.com/unibank.az) əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti