Azərbaycan, Bakı, 23 avqust /Trend, müxbir Zülfiyyə Qurbanova/
Ötən həftənin yekunlarına əsasən, Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına nisbətdə rəsmi məzənnəsi 0,0002 bənd (0,02 faiz) ucuzlaşıb.
Trend-in məlumatına görə, ötən həftə orta məzənnə bir ABŞ dollarına nisbətdə 0,78424 manat səviyyəsində müəyyən olunub.
ABŞ dollarına nisbətdə manatın rəsmi məzənnəsi |
|||
11 avqust |
0,7843 |
18 avqust |
0,7842 |
12 avqust |
0,7843 |
19 avqust |
0,7842 |
13 avqust |
0,7843 |
20 avqust |
0,7842 |
14 avqust |
0,7843 |
21 avqust |
0,7842 |
15 avqust |
0,7842 |
22 avqust |
0,7844 |
Həftə ərzində orta |
0,78428 |
Həftə ərzində orta |
0,78424 |
Həftə ərzində Bakı Banklararası Valyuta Birjasının alış-verişi nəticəsində müəyyən olunmuş manatın ABŞ dollarına nisbətdə birja məzənnəsi dəyişməyib. Bununla da orta məzənnə bir ABŞ dollarına nisbətdə 0,7829 manat səviyyəsində müəyyən olunub.
Həftə ərzində birja elektron ticarət sistemində (BEST) avqustun 19-da 4,563 milyon dollar həcmində sövdələşmə həyata keçirilib. Avqustun 18, 20, 21 və 22-də sövdələşmə olmayıb.
ABŞ dollarına nisbətdə manatın birja məzənnəsi |
|||
11 avqust |
0,7829 |
18 avqust |
0,7829 |
12 avqust |
0,7829 |
19 avqust |
0,7829 |
13 avqust |
0,7829 |
20 avqust |
0,7829 |
14 avqust |
0,7829 |
21 avqust |
0,7829 |
15 avqust |
0,7829 |
22 avqust |
0,7829 |
Həftə ərzində orta |
0,7829 |
Həftə ərzində orta |
0,7829 |
USD/AZN T+1 və T+2 alətləri üzrə tələbat olmadığından dilerlər tərəfindən sövdələşmələr həyata keçirilməyib. EUR/AZN və RUB/AZN aləti üzrə BEST-ə banklar tərəfindən sifarişlər təqdim olunmayıb.