...

Unibank "MasterCard" kartı ilə pul köçürmələrini asanlaşdırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Avqust 2014 14:09 (UTC +04:00)
"Unibank"dan "MasterCard" sahiblərinə daha bir hədiyyə. İndi "MasterCard" kart sahibləri arasında pul köçürmələri daha asan və sürətli.
Unibank "MasterCard" kartı ilə pul köçürmələrini asanlaşdırıb

Azərbaycan, Bakı, 29 avqust /Trend/

"Unibank"dan "MasterCard" sahiblərinə daha bir hədiyyə. İndi "MasterCard" kart sahibləri arasında pul köçürmələri daha asan və sürətli.

Öz "Mastercard" kartınızdan "MasterCard" sahibi olan digər qohumlarınıza, dostlarınıza, tanışlarınıza ani köçürmə edə bilərsinizz. Çünki "Unibank"ın qoşulduğu "Moneysend" xidməti bu fərqli xidmətdən faydalanmaq imkanı verir.

Bankdan Trend-ə daxil olan xəbəbrə görə, "Unibank" kartı olan müştərilər "MasterCard Moneysend" xidmətindən istifadə edərək, "Unibank"ın bankomatları vasitəsilə pul köçürə biləcəklər. Bu proses bir neçə saniyə çəkəcək. Bu köçürmə "Unibank"ın "MasterCard"ları vasitəsilə mümkün olacaq.

"Unibank"ın "MasterCard" plastik kartı vasitəsilə bu əməliyyat Azərbaycan daxilində aparıldıqda müştəridən 1% (min. 1 AZN/USD/EUR/GBP), Azərbaycandan xaricdəki plastik karta pul köçürüldükdə isə 1% (min. 2 AZN/USD/EUR/GBP) həcmində komissiya tutulacaq.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, bankın saytından (www.unibank.az) və yaxud "facebook" səhifəsində (www.facebook.com/unibank.az) əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti