...

"Unibank"dan dərs ili hədiyyəsi

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Avqust 2014 20:26 (UTC +04:00)
Hamı övladı üçün ən yaxşı təminatı yaratmaq istəyir. Onlar üçün keyfiyyətli məhsulları, qidaları almağa çalışır. Elə "Unibank" da əzizləriniz üçün ən yaxşısını düşünüb.
"Unibank"dan dərs ili hədiyyəsi

Azərbaycan, Bakı, 29 avqust /Trend/

Hamı övladı üçün ən yaxşı təminatı yaratmaq istəyir. Onlar üçün keyfiyyətli məhsulları, qidaları almağa çalışır. Elə "Unibank" da əzizləriniz üçün ən yaxşısını düşünüb. Keyfiyyətli və fərqli dərs ləvazimatları məktəblilər üçün həm sağlamlığa təminatdır, həm onları dərs tapşırıqlarını etməyə daha da həvəsləndirir.

Yeni tədris ilinin başlamasına sayılı günlər qaldığı bir vaxtda "Unibank"dan möhtəşəm fürsət: valideynlərin məktəb ləvazimatı qayğısına son qoyuldu.

Bankdan Trend-ə verilən məlumaat gröə, "Unibank"ın ALBALI PLUS kartı ilə başladığı kampaniya çərçivəsində bu gündən sentyabrın 15-dək ən keyfiyyətli dərs ləvazimatlarını ən sərfəli şərtlərlə ala biləcəksiniz. Yalnız ALBALI PLUS (ALBALI) kartla GRAFİKA mağazalarından istədiyiniz dərs ləvazimatını alaraq hissə-hissə ödəyin. Eksklüziv olaraq, ALBALI PLUS (ALBALI) kart sahibləri üçün dərs ləvazimatına endirimlərdən isə ƏLİ və NİNO (15% endirim) və NİL (NT) (bütün mallara 10% endirim) mağazalarında faydalana bilərsiniz. LEKAL (seçilmiş mallara 10%-dək endirim) mağazaları da ALBALI PLUS (ALBALI) kart müştərilərinə xüsusi endirimlər təklif edir. Kampaniya müddətində qeyd olunan mağazalardan məktəb alış-verişi edənlərə, üstəlik, 3 taksit də "Unibank"dan hədiyyə olunur.

Yeni dərs ilində doğmalarınıza ən yaxşısını hədiyyə edin!

"Unibank" müştərilərinin ehtiyac və arzularını bir məhsulda - ALBALI PLUS kartında birləşdirib. Artıq "Unibank" müştərisi cəmi 1 karta sahib olmaqla, müxtəlif bank xidmətlərindən istifadə edə bilər.

ALBALI PLUS beynəlxaq kart olmaqla yanaşı, dörd bank məhsulunu: çox-çox sərfəli taksit kartı, güzəşt müddətli kredit kartı, sərfəli depozit və debet kartlarını özündə birləşdirir.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Unibank-ın saytından (http://www.unibank.az) və yaxud bankın "facebook" səhifəsində (www.facebook.com/unibank.az) əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti