Azərbaycan, Bakı, 9 sentyabr /Trend/
1993-cü ildə təsis edilmiş Amrahbank Azərbaycanın ilk və aparıcı banklarından biridir. Ölkənin bank sektorunda zəngin ənənələrə malik olan Amrahbank ölkə bankçılığı tarixində özünəməxsus yeri vardır. Bəhreyn Krallığında fəaliyyət göstərən Beynəlxalq İnvestisiya Bankı (www.iib-bahrain.com) 2008-ci ildən "Amrahbank"ın strateji səhmdarıdır.
Ölkənin bank sektorunda möhkəmlənərək, öz bazar payını artırmaq, innovativ xidmətlər təklif etməklə müştərilərinə fərdi yanaşma sayəsində onların artan tələbatlarını qarşılamaq hər zaman Bankın əsas hədəflərindən olmuşdur. Amrahbank hədəflərinə nail olmaq üçün qəbul etdiyi strateji planın reallaşdırılması istiqamətində son illərdə çox ciddi işlərə imza atmış və bu istiqamətdə böyük uğurlar qazanmışdır.
Son illər dinamik inkişaf edən Bankın maliyyə göstəricilərini də qənaətbəxş hesab etmək olar. Amrahbank 2012-ci ildə ölkənin bank sektorunda mənfəət dinamikliyinə görə lider olmuşdur. Belə ki, 2012-ci ildə Bankın mənfəəti 2011-ci illə müqayisədə təxminən 5 dəfə artaraq 2.6 mln. AZN təşkil etmişdir. 2013-cü ildə Bankınm mənffəti 2012-ci illə müqayisədə 58% artaraq 4.1 mln. AZN olmuşdur. 2014-cü ilin 8 ayının nəticələrinə görə isə bankın mənfəəti 4.5 mln. AZN təşkil etmişdir. 2014-cü ilin sonunadək bankın mənfəətini 8 mln. AZN-dək çatdırması hədəflənir. Bu isə keçən ilə müqayisədə ikiqat artım deməkdir.
Bu dövr ərzində Amrahbank hərtərəfli inkişaf etmişdir. Belə ki, bankın aktivləri 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 62% artaraq 173 mln. AZN, bankda əmanətlərinin həcmi 63% artaraq 93 mln. AZN-ə çatmışdır.
Amrahbank ölkədə sahibkarlığın inkişafının dəstəklənməsi istiqamətində dövlət siyasətinin tərkib hissəsi olan bank sektorunun mühüm iştirakçılarından biri kimi də sahibkarlığın inkişafı yönündə kredit siyasətinin uğurla davam etdirmişdir. Belə ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə kredit portfeli 30% artmışdır.
Ölkədə hər vətəndaşın bankı olmağı hədəfləyən bank bunun üçün filial şəbəkəsinin inkişafına xüsusi diqqət ayırmışdır. Belə ki, bankımız 2014-cü il ərzində əlavə olaraq 2 filialımıza da yüksək səviyyədə açaraq müştərilərin xidmətinə təqdim etmiş, filial şəbəkəmizin sayını 24-ə çatdırmışdır.
Bank müxtəlif növ təcili pul köçürmələri ilə də müştərilərə xidmət edir. Təcili pul köçürmələri üzrə bankın orta aylıq dövriyyəsi 10 mln. AZN təşkil edir. Bu isə keçən illə müqayisədə iki dəfəfən artıq çoxdur.
Bu dövrdə bankın həyatında bəzi əlamətdar hadisələr baş vermişdir. Belə ki, İngiltərədə fəaliyyət göstərən maliyyə məsələləri üzrə ixtisaslaşmış "Global Banking and Finans Review" nəşriyyat qrupu 2013-cü ildə "Amrahbank"ı "Mikro- Kiçik- Orta Sahibkarlığa göstərilən xidmətlər üzrə Azərbaycanın ən sürətlə inkişaf edən bankı" nominasiyasına layiq görmüşdür.
http://www.globalbankingandfinance.com/global-banking-finance-review-awards-2014/
"Amrahbank"ın məcmu kapitalı da bu dövrdə artmışdır. Belə ki, 01.09.2014 tarixinə bankın məcmu kapitalı 55 mln. AZN-i keçmişdir.