...

Serbiya Azərbaycan şirkətlərinin daha fəal olmasını istəyir

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Sentyabr 2014 14:12 (UTC +04:00)
Azərbaycan və Serbiya arasında strateji əməkdaşlıq əlaqələri mövcuddur. Trend-in məlumatına görə, bunu Serbiya Baş nazirinin müavini və xarici işlər naziri İvitsa Daçiç Bakıda keçirdiyi mətbuat konfransında deyib.
Serbiya Azərbaycan şirkətlərinin daha fəal olmasını istəyir

Azərbaycan, Bakı, 10 sentyabr /Trend, müxbir Səbinə Əhmədova/

Azərbaycan və Serbiya arasında strateji əməkdaşlıq əlaqələri mövcuddur. Trend-in məlumatına görə, bunu Serbiya Baş nazirinin müavini və xarici işlər naziri İvitsa Daçiç Bakıda keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, hər iki ölkə hesab edir ki, tərəfdaşlığımız və əməkdaşlığımız geniş şəkildə inkişaf etməlidir.

İ.Daçiç bildirib ki, Azərbaycan və Serbiya arasında siyasi iradə böyükdür, lakin iqtisadi əməkdaşlığımız çox böyük deyil: "Bunun inkişafı üçün əlimizdən gələni etməliyik".

Nazir qeyd edib ki, ölkəsi Azərbaycan şirkətlərinin Serbiyada daha fəal olmasını istəyir: "Hesab edirəm ki, bu yaxınlarda biznes forumu təşkil olunacaq və hökumətlərarası müzakirələr aparılacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti