...

Azərbaycan və İran sahibkarları arasında əməkdaşlığın inkişafı, yeni əlaqələrin qurulması müzakirə olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Sentyabr 2014 16:46 (UTC +04:00)
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunda (AZPROMO) İran İslam Respublikasının Rəzəvi Xorasan əyalətinin valisinin əmək və planlaşdırma məsələləri üzrə müavini Rza Cəmşidinin başçılıq etdiyi nümayəndə heyəti ilə işgüzar görüş keçirilib.
Azərbaycan və İran sahibkarları arasında əməkdaşlığın inkişafı, yeni əlaqələrin qurulması müzakirə olunub

Azərbaycan, Bakı, 11 sentyabr /Trend/

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunda (AZPROMO) İran İslam Respublikasının Rəzəvi Xorasan əyalətinin valisinin əmək və planlaşdırma məsələləri üzrə müavini Rza Cəmşidinin başçılıq etdiyi nümayəndə heyəti ilə işgüzar görüş keçirilib.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə hər iki tərəfdən kənd təsərrüfatı, sənaye, ticarət, turizm və səhiyyə sahələrində fəaliyyət göstərən 20-dən çox iş adamı iştirak edib.

Qonaqlara Azərbaycanın qazandığı iqtisadi uğurlar, iştirakçısı olduğu irimiqyaslı regional layihələr, ölkəmizdə sahibkarlar üçün yaradılmış əlverişli biznes və investisiya mühiti, eləcə də AZPROMO-nun iş adamlarına göstərdiyi dəstək barədə məlumat verilib.

R.Cəmşidi iş adamları arasında əlaqələrin genişləndirilməsi üçün ikitərəfli görüşlərin və biznes forumların əhəmiyyətindən danışıb və Xorasan vilayətinin iqtisadiyyatına və investisiya mühitinə dair təqdimatla çıxış edib.

Tədbir ikitərəfli görüşlərlə davam edib, sahibkarlar arasında əməkdaşlığın inkişafı, yeni əlaqələrin qurulması barədə müzakirələr aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti