...

Sahibkarlar üçün treninqlər keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Sentyabr 2014 17:32 (UTC +04:00)
Bu gün Bakı Biznes Tədris Mərkəzinin Lənkəran nümayəndəliyinin təşkilatçılığı, Astara Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Astara rayonunun Pensər kəndində, eləcə də Bakı Biznes Tədris Mərkəzinin Şəki nümayəndəliyinin təşkilatçılığı ilə Şəkidə sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün treninqlər keçirilib.
Sahibkarlar üçün treninqlər keçirilib

Azərbaycan, Bakı, 11 sentyabr /Trend/

Bu gün Bakı Biznes Tədris Mərkəzinin Lənkəran nümayəndəliyinin təşkilatçılığı, Astara Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Astara rayonunun Pensər kəndində, eləcə də Bakı Biznes Tədris Mərkəzinin Şəki nümayəndəliyinin təşkilatçılığı ilə Şəkidə sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün treninqlər keçirilib.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, "Mövcud və yeni ixrac bazarlarına çıxış imkanları", "Kənd təsərrüfatında sahibkarlıq fəaliyyətinin sığortalanması", "Marketinq" mövzularında təşkil edilmiş treninqlərdə biznesdə risklərin azaldılması yolları, sığortanın əhəmiyyəti, bu sahədə mövcud qanunvericilik, marketinqin növləri və prinsipləri, istehsal olunacaq məhsulların keyfiyyəti və çeşidi, satışın təşkili və idarə edilməsi, reklam fəaliyyəti və s. barədə məlumatlar iştirakçıların diqqətinə çatdırılıb.

Həmin gün Naftalanda "Öz biznes ideyanı yarat", "Öz biznesinə başla", "Naftalan şəhərində kurortların inkişaf perspektivləri" mövzularında treninqlər təşkil edilib.

Bakı Biznes Tədris Mərkəzinin Gəncə nümayəndəliyinin təşkilatçılığı, Naftalan Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən treninqdə iştirakçılara biznes-ideyanın yaradılması və həyata keçirilməsi yolları, SWOT təhlilin və strateji planlaşdırmanın aparılması, bu sahədə beynəlxalq təcrübə, prioritet biznes istiqamətləri, kurort işçilərinin peşə səviyyəsinin artırılması, bu sahədə maarifləndirmə tədbirlərinin rolu, kurort infrastrukturunun inkişaf etdirilməsi və s. barədə məlumatlar verilib.

Bundan başqa, treninqlərdə İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, www.icazeler.gov.az, www.b2b.az elektron portalları, portalların biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı imkanlar, həmçinin investisiya layihələrinin maliyyələşdirilməsi ilə əlaqədar elektron idarəetmə sistemi və s. barədə məlumat verilib.

Tədbirlər çərçivəsində mövzular üzrə təqdimatlar keçirilib, iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti