...

Mərkəzi Bank yeni sığorta tərəfdaşlarını müəyyənləşdirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Sentyabr 2014 13:44 (UTC +04:00)
Azərbaycan Mərkəzi Bankı (AMB) əsas vəsaitlərin, nağd pulların və nəqliyyat vasitələrinin sığortalanması üzrə xidmətlərin göstərilməsi üçün 3 şirkət seçib.
Mərkəzi Bank yeni sığorta tərəfdaşlarını müəyyənləşdirib

Azərbaycan, Bakı, 19 sentyabr /Trend, müxbir Azad Həsənli/

Azərbaycan Mərkəzi Bankı (AMB) əsas vəsaitlərin, nağd pulların və nəqliyyat vasitələrinin sığortalanması üzrə xidmətlərin göstərilməsi üçün 3 şirkət seçib. Trend-in məlumatına görə, bu barədə tender komissiyasının rəsmi mətbuatda dərc edilən xəbərində deyilir.

Tender komissiyasının qərarına əsasən, əsas vəsaitlərin sığortalanması üzrə xidmətlərin göstərilməsini "Azsığorta" ASC, nağd pullar üzrə "Paşa Sığorta" ASC, nəqliyyat vasitələrinin sığortası üzrə isə "Azərbaycan Sənaye Sığorta" ASC həyata keçirəcək.

Şirkətlərlə müvafiq müqavilələr bağlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti