...

"Rabitəbank"da sahibkarlar üçün "Biz gəldik!" kredit kampaniyası (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Sentyabr 2014 10:00 (UTC +04:00)
Azərbaycanın bütün regionlarını əhatə edəcək kampaniyanın məqsədi kiçik və orta biznesin dəstəklənməsi, sahibkarların kredit imkanları barədə geniş məlumatlandırılması və sərfəli şərtlərlə əməkdaşlığın qurulmasıdır.
"Rabitəbank"da sahibkarlar üçün "Biz gəldik!" kredit kampaniyası (FOTO)

Azərbaycan, Bakı, 24 sentyabr /Trend/

"Rabitəbank" yeni "Biz gəldik!" kampaniyasına start verdi.

Azərbaycanın bütün regionlarını əhatə edəcək kampaniyanın məqsədi kiçik və orta biznesin dəstəklənməsi, sahibkarların kredit imkanları barədə geniş məlumatlandırılması və sərfəli şərtlərlə əməkdaşlığın qurulmasıdır.

"Biz gəldik!" kampaniyası çərçivəsində "Rabitəbank"ın nümayəndələri sentyabrın 19-21 tarixlərində Quba, Qusar, Xaçmaz bölgəsində yüzlərlə sahibkarla səmərəli görüşlər keçirib, biznes təmsilçilərini yerləşdiyi məkanlara səfər edib bankın biznes kreditləri məhsulları barədə ətraflı məlumatlandırıblar.

Kiçik və orta sahibkarlığın maliyyələşdirilməsini öz strategiyasında əsas tutan "Rabitəbank" biznes sahibləri üçün dövriyyə vəsaitinin artırılması və biznesin inkişafı məqsədilə 5 ilədək müddətinə müxtəlif kredit məhsullarını təklif edir. Ölkənin əksər regional mərkəzlərində xidmət şəbəkəsinə sahib olan "Rabitəbank"ın iqtisadiyyatın bir çox sahələri, o cümlədən sənaye, ticarət, xidmət, kommunikasiya və kənd təsərrüfatı sahəsində layihələrin maliyyələşdirməsində uzunmüddətli təcrübəsi var.

"Rabitəbank" 1993-cü ildən fəaliyyət göstərir. Bank əhaliyə geniş spektrdə xidmət göstərməklə yanaşı, orta və kiçik sahibkarlığa istiqamətlənmiş bir çox məhsullar təklif edir və öz inkişafını bu istiqamətdə genişlədirir. 30 avqust tarixinə "Rabitəbank"ın aktivləri 268 milyon manat, məcmu kapitalı 53 milyon manat və mənfəəti 2 875 manat təşkil edib. Müştərilərə verilən kreditlər ilin əvvəli ilə müqayisədə 21% artaraq 196 milyon manat, əmanətlər isə 41% artaraq 133 milyon manat təşkil edib.

Hazırda "Rabitəbank" ASC-nin 22 filialı və 2 şöbəsi fəaliyyət göstərir. Onlardan 7-si Bakı şəhərində,17-si isə Xırdalan, Sumqayıt, Quba, Qusar, Xaçmaz, Lənkəran, Masallı, Gəncə, Şəmkir, Şirvan, Şəki, Şamaxı, Kürdəmir, Naxçıvan, Ağsu və Ağcabədi şəhərlərində fəaliyyət göstərir. POS-terminalların sayı 453, bankomatların sayı isə 46 təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti