...

"PAŞA Həyat"ın baş sponsorluğu ilə beynəlxalq konfrans keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Sentyabr 2014 15:05 (UTC +04:00)
“PAŞA Həyat Sığorta” ASC-nin baş sponsorluğu, Azərbaycan-Türkiyə İş Adamları Birliyi (ATİB) və Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının (ASK) tərəfdaşlığı ilə Bakıda “İqtisadi artım və sənayeləşmə: Azərbaycanın imkanları və Türkiyənin təcrübələri” adlı regional konfrans keçirilib.
"PAŞA Həyat"ın baş sponsorluğu ilə beynəlxalq konfrans keçirilib

Azərbaycan, Bakı, 25 sentyabr /Trend/

"PAŞA Həyat Sığorta" ASC-nin baş sponsorluğu, Azərbaycan-Türkiyə İş Adamları Birliyi (ATİB) və Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının (ASK) tərəfdaşlığı ilə Bakıda "İqtisadi artım və sənayeləşmə: Azərbaycanın imkanları və Türkiyənin təcrübələri" adlı regional konfrans keçirilib.

Prezident İlham Əliyevin ölkəmizdə 2014-cü ili "Sənaye ili" elan etməsi ilə əlaqədar keçirilən konfransda Azərbaycandan və Türkiyədən İqtisadiyyat və Sənaye nazirliklərinin nümayəndələri, eləcə də yüksək səviyyəli hökumət nümayəndələri, universitet və araşdırma institutlarının tanınmış alimləri, qeyri-hökumət təşkilatları və özəl sektor (həm real sektor, həm də maliyyə sektoru olmaqla) təmsilçiləri iştirak ediblər.

Konfransın gedişində birinci panel üzrə çıxışlarda natiqlər Azərbaycan və Türkiyənin sənayeləşmə prosesinin mərhələləri və qazanılan nailiyyətləri, Azərbaycan və və Türkiyənin sənayeləşmə siyasətləri və müasir dövrün çağırışları, həmçinin fərqli sənaye modellərinin müqayisəli üstünlüklərinin analizi, sənaye sektorunun davamlı iqtisadi artıma və rəqabətli iqtisadiyyata təsiri mövzusunda geniş məruzə ilə çıxış ediblər.

Tədbirin ikinci hissəsində isə sənayenin inkişafında özəl sektorun önəmi və sənayenin maliyyələşməsi, saneye sektoru ilə maliyyə sektorunun əlaqəsi, sənaye sahələrinin keyfiyyətli insan resurları ilə təminatı, həmçinin sənaye şirkətlərinin təhsil və innovasiya ehtiyacları məsələləri müzakirə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti