Azərbaycan, Bakı, 26 sentyabr /Trend/
Rusiya, Türkmənistan, Azərbaycan, Qazaxıstan və İranın gənc liderləri Həştərxanda keçiriləcək Xəzər gənclər sammitində sahibkarlıq, ekologiya, jurnalistika və mədənəyyətlərarası qarşılıqlı fəaliyyət məsələlərini müzakirə edəcəklər.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, gənclər sammiti sentyabrın 28-29-da Xəzəryanı ölkələrin IV sammiti çərçivəsində keçiriləcək.
Sammitin işi dörd istiqamət üzrə - gənc KİV-lər, gənc sahibkarlıq, mədəniyyətlərarası dialoq və ekologiya - keçiriləcək.
Sammit iştirakçılarının gənclər arasında əməkdaşlıq haqqında qətnamə hazırlayacağı gözlənilir.