...

Unibank-dan Müstəqillik Günü hədiyyəsi

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Oktyabr 2014 12:10 (UTC +04:00)
Unibank xalqımızı 18 oktyabr - Müstəqillik Günü münasibətilə təbrik edir, cansağlığı, firavan həyat və müstəqilliyimizin əbədi olmasını arzulayır.
Unibank-dan Müstəqillik Günü hədiyyəsi
 Azərbaycan, Bakı, 17 oktyabr /Trend/

Unibank xalqımızı 18 oktyabr - Müstəqillik Günü münasibətilə təbrik edir, cansağlığı, firavan həyat və müstəqilliyimizin əbədi olmasını arzulayır.

Bankdan cümə günü Trend-ə daxil olan məlumata görə, bayrama bayram qatan Unibank, 18 oktyabr tarixində Sizə xüsusi sürprizlər hazırlayıb. İşindən, peşəsindən asılı olmayaraq hər kəs 18 oktyabrda Unibank filiallarına dəvətlidir. Sürprizin nədən ibarət olduğunu da elə filiallara gələndə biləcəksiniz.

İldən- ilə xidmət şəbəkəsini genişləndirən bankın paytaxtda 23, bölgələrdə isə 15 filialı var. Baş ofis də daxil olmaqla, bank 38 filialı ilə həftənin 6 günü səhər saat 09.00-dan axşam 17.00-dək müştərilərinə müxtəlif bank xidmətləri göstərir. Müştərilər nahar fasilələrində belə filialların xidmətindən istifadə edə bilirlər.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, bankın saytından (www.unibank.az) və yaxud facebook səhifəsində www.facebook.com/unibank.az) əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti