...

Mingəçevirdə sahibkarlar üçün treninq keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Oktyabr 2014 16:40 (UTC +04:00)
İqtisadiyyat və Sənaye Nazirliyinin Bakı Biznes Tədris Mərkəzi tərəfindən və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün növbəti treninq oktyabrın 17-də Mingəçevirdə keçirilib.
Mingəçevirdə sahibkarlar üçün treninq keçirilib

Azərbaycan, Bakı, 17 oktyabr /Trend/

İqtisadiyyat və Sənaye Nazirliyinin Bakı Biznes Tədris Mərkəzi tərəfindən və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün növbəti treninq oktyabrın 17-də Mingəçevirdə keçirilib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, treninqdə Bakı Biznes Tədris Mərkəzinin və Mərkəzin Göyçay və Yevlax nümayəndəliklərinin əməkdaşları tərəfindən "Sənayedə brendləşmə", "Biznes ideyanı yarat", "Öz biznesinə başla", "Öz biznesini təkmilləşdir" və "İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər" mövzularında təqdimatlar keçirilib, iştirakçılara əmtəə və ticarət brendi, sənayedə brendləşmənin xüsusiyyətləri, sənaye məhsullarının keyfiyyətinin yüksəldilməsi, biznes-ideyanın yaradılması və həyata keçirilməsi yolları, SWOT təhlilin aparılması və bu sahədə beynəlxalq təcrübə, yeni biznes subyektlərinin yaradılması qaydaları və s. barədə geniş məlumat verilib.

Bununla yanaşı, tədbir iştirakçıları "Azərbaycan Respublikasında biznesin idarə edilməsi sahəsində kadrların ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı" barədə məlumatlandırılıb, Proqramın biznesin inkişafında, Almaniya müəssisələri ilə işgüzar əlaqələrin yaradılmasında, menecerlərin nəzəri biliklərinin, praktiki bacarıqlarının səviyyəsinin yüksəldilməsində, onların beynəlxalq təcrübəyə yiyələnməsində əhəmiyyəti vurğulanıb.

Treninqdə, həmçinin İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, www.icazeler.gov.azwww.b2b.az elektron portalları, portalların biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı imkanlar, investisiya layihələrinin maliyyələşdirilməsi ilə əlaqədar elektron idarəetmə sistemi və s. barədə məlumat iştirakçıların diqqətinə çatdırılıb.

Tədbir çərçivəsində iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti