...

Bakı Biznes Tədris Mərkəzi maarifləndirmə tədbirlərini davam etdirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Oktyabr 2014 18:10 (UTC +04:00)
İqtisadiyyat və Sənaye Nazirliyinin Bakı Biznes Tədris Mərkəzi tərəfindən sahibkarların maarifləndirilməsi məqsədilə keçirilən tədbirlərin davamı olaraq növbəti treninq oktyabrın 30-da Goranboy rayonunun əsasən məcburi köçkünlərin məskunlaşdığı Yeni Yaşayış Massivində təşkil edilib.
Bakı Biznes Tədris Mərkəzi maarifləndirmə tədbirlərini davam etdirir

Azərbaycan, Bakı, 30 oktyabr /Trend/

İqtisadiyyat və Sənaye Nazirliyinin Bakı Biznes Tədris Mərkəzi tərəfindən sahibkarların maarifləndirilməsi məqsədilə keçirilən tədbirlərin davamı olaraq növbəti treninq oktyabrın 30-da Goranboy rayonunun əsasən məcburi köçkünlərin məskunlaşdığı Yeni Yaşayış Massivində təşkil edilib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Bakı Biznes Tədris Mərkəzinin Gəncə nümayəndəliyinin təşkilatçılığı və Goranboy Rayon İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən tədbirdə ekoloji təmiz kənd təsərrüfatının inkişafı, biznes planların və investisiya layihələrinin hazırlanması, İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər mövzularını əhatə edən treninqdə ekoloji təmiz kənd təsərrüfatı, bu sahədə beynəlxalq təcrübə, ekoloji təmiz kənd təsərrüfatı məhsulları istehsal edən müəssisələrin təşkili, biznes planların hazırlanması, www.icazeler.gov.az, www.b2b.az elektron portalları və s. barədə məlumatlar iştirakçıların diqqətinə çatdırılıb.

Tədbirdə təqdimatlar keçirilib, iştirakçılara metodiki vəsaitlər paylanıb və onları maraqlandıran suallar cavablandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti