...

Unibank-dan 0 faiz komissiyalı biznes kreditləri

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 Oktyabr 2014 18:59 (UTC +04:00)
Kənd təsərrüfatının inkişafı ölkənin ərzaq təhlükəsizliyinin təminatında əsas rol oynadığından, bu sahə hər zaman dövlətin diqqətindədir.
Unibank-dan 0 faiz komissiyalı biznes kreditləri

Azərbaycan, Bakı, 31 oktyabr /Trend/

Kənd təsərrüfatının inkişafı ölkənin ərzaq təhlükəsizliyinin təminatında əsas rol oynadığından, bu sahə hər zaman dövlətin diqqətindədir.

"Unibank" da ölkə iqtisadiyyatının inkişafına öz töhfəsini daim artırmaq üçün məhsul və xidmətlərində kənd təsərüfatı sahəsinə xüsusi diqqət yetirir. Bank elə bu məqsədlə 1 noyabr - kənd təsərrüfatı işçilərinin peşə bayramı günü ilə bağlı bu sahədə çalışanlar üçün kreditləri çox sərfəli edib.

Bankdan Trend-ə verilən məlumata görə, "Unibank" kənd təsərrüfatı işçilərinin peşə bayramları günü münasibətilə xüsusi kampaniya keçirir. Noyabrın 1-dən 8-dək bank filiallarına müraciət edən kənd təsərrüfatı sahəsində biznesi olan vətəndaşlar üçün mikrokreditlər komissiyasız olacaq. Kənd təsərrüfatı sahəsində bizneslərini daha da böyütmək istəyənlər bu sərfəli kampaniyadan faydalana bilərlər.

Başladığınız biznesi böyütmək üçün "Unibank" Sizə sərfəli kredit təklif edir. Əgər istehsal, xidmət, ticarət və kənd təsərrüfatı sektorlarında istənilən fəaliyyət növü üzrə olan biznesinizi böyütmək, genişləndirmək istəyirsinizsə, bankın sərfəli krediti sizin üçündür. Hər bir sahibkar "Unibank"dan maksimum 30.000 manatadək krediti 2 aydan 3 ilədək müddətə götürə bilər. Əgər hansısa sahibkarın ölkəmizin istənilən bölgəsində biznesi varsa, heç bir tərəddüd etmədən evinə, iş yerinə ən yaxın "Unibank" filialına yaxınlaşaraq biznes krediti üçün müraciət edə bilər. Dəyərləndirmə aparıldıqdan sonra həmin iş adamına sərfəli şərtlərlə kredit ayrılacaq.

Bu gün ölkədə minlərlə sahibkar "Unibank"ın mikrokreditləri ilə öz biznesini daha da böyüdərək inkişaf etdirib.

"Unibank" paytaxt və bölgələrdə 38 filialı ilə həftənin 6 günü sizin xidmətinizdədir. Filiallar səhər saat 09:00-dan 17:00-dək nahar fasiləsiz işləyir.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, "Unibank"ın saytından (http://www.unibank.az) və yaxud bankın "facebook" səhifəsində (www.facebook.com/unibank.az) əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti