...

"Expressbank"ın plastik kartlarının sayı 50 mini ötüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Noyabr 2014 15:10 (UTC +04:00)
"Expressbank" ASC-nin emissiya etdiyi plastik kartların sayı 50 000 ədədi keçdi.
"Expressbank"ın plastik kartlarının sayı 50 mini ötüb

Azərbaycan, Bakı, 8 noyabr /Trend/

"Expressbank" ASC-nin emissiya etdiyi plastik kartların sayı 50 000 ədədi keçdi. Bankın müştərisinə təqdim edilən 50 000-ci kart "Expressbank"ın SmileCard kredit məhsuludur.

Bankdan şənbə günü Trend-ə verilən məlumata görə, müştərilər gəlirləri təsdiq edən sənəd əsasında verilən kartı "Expressbank" filiallarında dərhal əldə edə bilərlər.

"Gülə-gülə xərcləyib, xırda-xırda ödəyin" sloqanı ilə bazara təqdim edilən kredit kartı, müştərilərə pulsuz verilir və 5 il müddətində istifadə oluna bilər, kreditin maksimal məbləği isə 3000 AZN təşkil edir.

Məhsulun şərtlərinə görə müştəri kartdan istifadə etdiyi zaman (pulu nağdlaşdırarkən, İnternetdə onlayn alış-veriş edərkən, nağdsız ödəniş həyata keçirərkən) xərclənən məbləğ avtomatik olaraq 6 və ya 12 aya bölünür. Bu zaman bank komissiyası müvafiq olaraq 6% və ya 12% təşkil edir, ilik faiz dərəcəsi isə 0%-dir.

Ay ərzində ödənilən məbləğ kartda bərpa olunur və təkrar istifadə oluna bilər. SMS məlumatlandırma xidməti pulsuzdur.

"Expressbank"ın xidmət şəbəkəsi 17 filialdan ibarətdir. Onlardan 12-si Bakı və Sumqayıt şəhərlərində, 5-i isə ölkənin Gəncə, Mingəçevir, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 80-dək bankomat və 100-dək ExpressPay ödəniş terminalı vardır.

Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya Bankın rəsmi facebook səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti