...

Azərbaycan xarici dövlət borcunun təqribən 30 faizini 20 ildən sonra ödəyəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Noyabr 2014 13:34
2014-cü il oktyabrın 1-nə olan məlumata görə, Azərbaycanın xarici dövlət borcu 5 005, 1 milyon manat, xarici dövlət borcunun ümumi daxili məhsula (ÜDM) olan nisbəti 8,5 faiz təşkil edib.
Azərbaycan xarici dövlət borcunun təqribən 30 faizini 20 ildən sonra ödəyəcək

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 17 noyabr /Trend, müxbir Maksim Tsurkov/

2014-cü il oktyabrın 1-nə olan məlumata görə, Azərbaycanın xarici dövlət borcu 5 005, 1 milyon manat, xarici dövlət borcunun ümumi daxili məhsula (ÜDM) olan nisbəti 8,5 faiz təşkil edib.

Maliyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, borc vəsaitlərinin 7,4%-i 10 ilə qədər, 61,3%-i 10 ildən 20 ilə qədər, 31,3%-i isə 20 ildən artıq olan müddətə cəlb olunub.

1 oktyabr 2014-cü il tarixi vəziyyətinə xarici borc üzrə alınan kreditlərin valyuta tərkibi aşağıdakı kimi olub: XBH (Beynəlxalq Valyuta Fondunun Xüsusi Borcalma Hüquqları) - 10,4 faiz, valyutalar üzrə isə ABŞ dolları ilə - 63,7 faiz, avro - 21,7 faiz, yapon yeni - 2,2 faiz, İslam dinarı - 0,8 faiz, Səudiyyə rialı - 0,5 faiz, BƏƏ dirhəmi - 0,5 faiz, Küveyt dinarı - 0,2 faiz.

Əsasən Dünya Bankı, Asiya İnkişaf Bankı, İslam İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi və digər beynəlxalq maliyyə qurumlarından cəlb edilmiş vəsaitlər iqtisadi islahatlar proqramlarının dəstəklənməsi, infrastrukturun bərpası və yenidən qurulması, habelə yol tikintisi, regionların su təchizatının yaxşılaşdırılması, dəmir yolu nəqliyyatı xidmətlərinin təkmilləşdirilməsi, sənaye və s. sahələrə sərf edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti