...

Bakıdakı söküntü işləri "Amrahbank"ın fəaliyyətinə təsir etməyib

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Noyabr 2014 13:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 noyabr /Trend, müxbir İlahə Məmmədli/

Bakı Şəhər İcra Hakimiyyətinin "Amrahbank" ASC-nin baş ofisinin yerləşdiyi ərazinin ətrafında apardığı abadlıq işləri bankın tam gücü ilə işləməsinə təsir etmir. Bunu çərşənbə günü Trend-ə bankın İdarə Heyətinin üzvü Nəcəf Cəfərli deyib.

Onun sözlərinə görə, bu ərazidə banka aidiyyəti olmayan binaların söküntüsü işləri aparılır: "Bankımız Yusif Səfərov küçəsi, 10 ünvanında işini davam etdirir və gələcəkdə fəaliyyətini genişləndirmək niyyətindədir".

N.Cəfərli qeyd edib ki, söküntü işləri daha əvvəl bankın rəhbərliyi ilə razılaşdırılıb və işlər qrafikə uyğun aparılır: "Bu qrafikə əsasən, gələcəkdə bankın yeni ünvana köçürülməsi nəzərdə tutulur. Bu barədə ictimaiyyət öncədən məlumatlandırılacaq".

O əlavə edib ki, son iki ildə bankın aktivləri iki dəfədən çox artıb və bütün əsas göstəricilər üzrə 30 faiz səviyyəsində artım müşahidə olunur: "Bunu bankımızın sabitliyi təsdiq edir və gələcəkdə də müştərilərə göstərilən yüksək keyfiyyətli xidmətlərin göstəricisidir. Bank bu il iki filial açıb, nəticədə onların ümumi sayı 24-ə çatdırılıb. Bu, əhalinin bölgələrdə də "Amrahbank"ın xidmətlərindən istifadə etməsini genişləndirməyə imkan yaradır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti