...

"Biznes ideyanı yarat" mövzusunda distant təlim keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Dekabr 2014 19:08 (UTC +04:00)
Bu gün İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi, Bakı Biznes Tədris Mərkəzinin təşkilatçılığı ilə “Biznes ideyanı yarat” mövzusunda distant təlim keçirilib.
"Biznes ideyanı yarat" mövzusunda distant təlim keçirilib

Azərbaycan, Bakı, 4 dekabr /Trend/

Bu gün İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi, Bakı Biznes Tədris Mərkəzinin təşkilatçılığı ilə "Biznes ideyanı yarat" mövzusunda distant təlim keçirilib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbir "Məcburi köçkünlərin əsas məskunlaşdığı regionlarda məşğulluq problemlərinin həll edilməsi və işsizliyin aradan qaldırılması məqsədi ilə müasir təlim texnologiyalarından (distant təlimlərdən) istifadə etməklə onların sahibkarlıq fəaliyyətinə cəlb edilməsi (Gəncə-Qazax iqtisadi rayonu üzrə)" layihəsi çərçivəsində təşkil edilib.

İqtisadiyyat və Sənaye Nazirliyinin əməkdaşları tərəfindən aparılan treninqdə Gəncə-Qazax, Lənkəran, Şəki-Zaqatala və Aran iqtisadi rayonlarında iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən 70-dən çox sahibkarlar və sahibkarlıq fəaliyyətinə başlamaq istəyənlər iştirak edib.

Təlimdə biznes-ideyanın yaradılması, biznes-planların tərtib edilməsi, SWOT təhlilin aparılması və bu sahədə beynəlxalq təcrübə, maliyyə planlarının hazırlanması, innovativ texnologiyaların tətbiqi, yeni məhsul istehsalının və yeni xidmətlərin göstərilməsinin təşkili, peşə hazırlığı səviyyəsinin yüksəldilməsi barədə ətraflı məlumat verilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, distant təlimlərin keçirilməsi barədə elanlar Bakı Biznes Tədris Mərkəzinin www.bbtc.gov.az saytında yerləşdirilir. Sahibkarlar və menecerlər elanda qeyd olunan linkə müraciət etməklə distant təlimlərdə iştirak edə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti