...

"Amrahbank"ın baş ofisi yeni ünvana köçüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Dekabr 2014 15:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 dekabr /Trend/

"Armahbank"ın baş ofisi artıq Hüseynqulu Sarabski küçəsi, 657-ci məhəllə ünvanında yerləşir. Bu barədə Trend-ə bankdan bildirilib.

Bankın İdarə Heyətinin üzvü Nəcəf Cəfərlinin sözlərinə görə dövlətin şəhərimizin gözəlləşdirilməsi və abadlaşdırılması üçün həyata keçirdiyi tədbirləri bankımız daima dəstəkləyir. Köhnə ofis ətrafında aparılan quruculuq-abadlıq işlərinə görə, bankın baş ofisi yeni ofisə köçdü. Əslində bankın baş ofisinin yeni ünvana köçməsi "Amrahbank"ın işinə çox müsbət təsir etdi. Baş ofisin yeni ünvana köçməsi bankın fəaliyyətinə, müştərilərinə göstərdiyi xidmətin səviyyəsinə, dinamik inkişafına böyük bir təkan verəcəkdir.

"Amrahbank" bundan sonra da ölkə iqtisadiyyatının müxtəlif sahələrinə, o cümlədən sahibkarlığın inkişafına öz töhfəsini verməyə davam edəcəkdir. "Amrahbank"ın aktivləri 167 mln. AZN-ə çatmışdır. Bu isə keçən ilin eyni dövrü ilə müqayisədə 40%-dən artıq artım deməkdir. Artıq noyabr ayının sonunadək bankın mənfəəti 5 mln AZN-i keçmişdir. Bankın kapitalı cari ilin fevral ayından Mərkəzi Bankın tələblərinə uyğunlaşdırılmışdır və hazırda 55.5 mln AZN dən çoxdur. "Son bir ildə bankın iki yeni filialı açılıb ki, bu da ölkə üzrə müştərilərə daha yüksək xidmət göstərməkdir".

1993-cü ildə təsis edilmiş "Amrahbank" Azərbaycanın ilk və aparıcı banklarından biridir. "Amrahbank" həm fərdi, həm də korporativ müştərilərə bütün bank xidmət və məhsullarını, o cümlədən cari və depozit hesabları, hesablaşma-kassa və plastik kartlarla əməliyyatlar, yerli və beynəlxalq pul köçürmələri, istehlak və biznes kreditləri, sənədli əməliyyatlar, ticarətin maliyyələşdirilməsi və digər bank xidmətlərini təqdim edir. Hal-hazırda bankın 23 filialı və 1 şöbəsi fəaliyyət göstərən bank paytaxtla yanaşı respublikamızın Sumqayıt, Lənkəran, Tovuz, Şəmkir, Biləsuvar, Bərdə, Gəncə, Masallı, Goranboy kimi regionlarını əhatə edir.

Bəhreyn Krallığında fəaliyyət göstərən Beynəlxalq İnvestisiya Bankı (www.iib-bahrain.com), 2008-ci ildən "Amrahbank"ın strateji səhmdarıdır.

Hörmətlə,

Elmira Vəliyeva

PR menecer| Biznesin İnkişafı Departamenti

Tel: +994 12 497 88 60 | +994 12 987 (dax.1134)

Faks: +994 12 497 88 63

[email protected]

Amrahbank ASC

AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küç. 10

www.amrahbank.com

Məqalədə:
Xəbər lenti

Xəbər lenti